2010-cu ilin dövlət büdcəsi bütün sosial və iqtisadi hədəflərin reallaşmasına imkan verir
30.09.2009 [15:50]
Məlum olduğu kimi, Maliyyə Nazirliyi 2010-cu ilin dövlət büdcəsinin layihəsini və qarşıdakı 3 ilin sosial-iqtisadi inkişaf göstəricilərinə dair proqnozları hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Hökumət isə bir sıra dövlət strukturlarının iştirakı ilə gələn ilin büdcə zərfinin parametrlərini və 2011-2013-cü illərə dair makroiqtisadi proqnozları geniş müzakirə edərək ölkənin ali maliyyə sənədinin dövlət başçısına təqdim olunmasını məqsədəuyğun hesab edib.
2010-cu ilin dövlət büdcəsinin makroiqtisadi parametrləri əvvəlki illərdə olduğu kimi, Azərbaycanda davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Belə ki, büdcə zərfinin məzmunu ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri nəzərdə tutur. Dünya maliyyə böhranı şəraitində inkişaf etmiş dövlətlərin iqtisadiyyatında inkişaf tempinin zəifləməsinə baxmayaraq Azərbaycanda artım meyillərinin nəzərə çarpması büdcə gəlirlərinin tam formalaşmasına imkan yaradır. Respublikamızın iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq hazırlanan yeni büdcə layihəsində həm də dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər də nəzərə alınıb. Onu da nəzərə alsaq ki, 2010-cu ilin dövlət büdcəsi layihəsi qloballaşan dünyada və maliyyə bazarlarında baş verən böhran səviyyəli sarsıntılar dövründə, neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin gözlənilmədən və sürətlə dəyişdiyi bir vaxtda tərtib edilib, bu zaman hökumətin büdcənin formalaşması ilə bağlı mövcud reallığı və gələcəkdə dünya maliyyə bazarlarında baş verə biləcək gözləntiləri təmkinlə nəzərə almasını və respublikamızın milli təhlükəsizliyinə təminat verən mükəmməl ali maliyyə sənədi hazırlamasını yüksək dəyərləndirmək olar.
Dünya ölkələrində iqtisadi artım 1-2 faizlik templə müşahidə olunduğu halda respublikamızda inkişaf indiqatoru 8 faizdən aşağı proqnozlaşdırılmır. Bunu dünyanın aparıcı maliyyə institutlarının və digər beynəlxalq təşkilatların proqnozlarından da hiss etmək olar. Belə ki, Beynəlxalq Valyuta Fondu 2010-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (üDM) artım sürətinin 12,5 faiz, Dünya Bankı 7,8 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 6 faiz, Asiya İnkişaf Bankı isə 6,7 faiz proqnozlaşdırır. Region ölkələrinin proqnoz göstəriciləri arasında ən yaxşı nəticə də məhz ölkəmizə aiddir. Beləliklə, 2010-cu ildə üDM-in artımı makroiqtisadi inkişafı təmin etməklə büdcə gəlirlərinin formalaşmasına əhəmiyyətli dərəcədə baza yaradır.
Hökumət 2010-cu ilin dövlət büdcəsinin gəlirlərini 10 milyard 015 milyon manat (üDM-in 31,5 faizi), xərclərini isə 11 milyard 264 milyon manat proqnozlaşdırır(üDM-in 35,4 faizi). 2009-cu ilin büdcə vəsaitləri ilə müqayisədə yeni ilin büdcə xərcləri müəyyən miqdarda azalsa da, ümumilikdə nəzərdə tutulan bütün layihələrin əvvəlki illərdə olduğu kimi davam etdirilməsinə təminat verir. Hökumətin əsas siyasəti vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasını təmin etməkdən ibarət olduğundan yeni büdcə zərfində də bu məsələ prioritet kimi nəzərə alınıb. Məsələn, 2010-cu ilin büdcə layihəsində sosialyönümlü xərclərin çəkisi isə 34,4 faiz (3 milyard 878 milyon manat) proqnozlaşdırılır ki, bu 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur. Digər tərəfdən, büdcədə bütün sosial layihələrə və elm, təhsil, səhiyyə və digər tədbirlərə daha çox diqqət yetirilib. Belə ki, 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsi xərclərinin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərclərinin xüsusi çəkisi 0,2 faiz artaraq 4,3 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 3,4 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,8 faiz təşkil edəcək.
Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 6792,2 milyon manat təşkil edir ki, bu da ümumi xərclərin 60,3 faizi deməkdir. Büdcədə infrastruktur və investisiya layihələrinin məbləği çox cüzi məbləğdə azaldılsa da xərclər bölməsində xüsusi paya malikdir. Belə ki, büdcənin əsaslı xərcləri 4386,3 milyon manat nəzərdə tutulur ki, bu da məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə imkan verir. Həmin vəsaitlər hesabına dövlət investisiya qoyuluşları, əsaslı tikinti, təmir-bərpa, quruculuq işləri və digər layihələri həyata keçirmək mümkün olacaq. Gələn il inflyasiya 3 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da əhalinin pul gəlirlərinin 15 faizlik artımı nisbətində mühüm sosial irəliləyişə səbəb olacaq.
2010-cu ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qarşıda duran sosial və iqtisadi hədəflərin tam reallaşmasına imkan verir. Yeni ilin büdcə layihəsi dünyada baş verən iqtisadi proseslər də nəzərə alınmaqla təkmil sənəd kimi səciyyələndirilə bilər. Onu da qeyd edək ki, vergi dərəcələrinin təkmilləşdirilməsi ilə bağlı siyasət davam etdirildiyindən yeni ilin büdcə zərfində bu məsələlər də nəzərə alınacaq. Bu isə ölkədə biznes mühitinin və milli sahibkarlığın inkişafına stimul verəcək. Bir sıra vergi dərəcələrinin aşağı salınması, vergi bazasının genişləndirilməsi, gömrük sistemində keyfiyyət dəyişikliklərinə səbəb olan təkmilləşdirmələrin aparılması yerli istehsalın stimullaşmasına, ölkəyə xammal və texnologiyaların gətirilməsinə təkan verməklə bərabər, eyni zamanda, sahibkarlıq sektorundan daxil olan vergi və rüsumların həcminin artmasına səbəb olacaq. Yəni həmin sahələrdə aparılan islahatlar ümumilikdə büdcə gəlirlərinin artırılmasına gətirib çıxaracaq.
Gələn ilin dövlət büdcəsi, ümumilikdə bütün makroiqtisadi hədəflərə - inkişaf tendensiyasının davamlılığına, sosial və investisiyayönümlü islahatların həyata keçirilməsinə, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, qeyri-neft sektorunun inkişafının təşviqinə, eləcə də, ölkənin müdafiə potensialının gücləndirilməsinə əhəmiyyətli dərəcədə baza yaratmış olur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58

