Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci plenar iclası keçirilib
30.09.2009 [15:51]
Qırğızıstan Respublikası Jogorku Keneşinin (Milli Məclis) sədri Aytibay Taqayev isə TöPA-nın nümunəvi təşkilata çevrilməsini arzulayıb. O, qurumun türkdilli ölkələr arasında qarşılıqlı ticarət əlaqələrinin genişlənməsinə, investisiya qoyuluşlarının artmasına, xalqların inkişafına təsir edəcəyinə inandığını deyib. Onun fikrincə, TöPA-da təmsil olunan dövlətlər arasında sazişlər də imzalanmalı, bir sıra məsələlərdə birlik nümayiş etdirilməli, regional əməkdaşlıq olmalıdır. A.Taqayev TöPA-nın genişlənməsinin vacibliyini də vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahin də çıxışında qurumun genişlənməsinin vacib olduğunu qeyd edib. O, TöPA-da təmsil olunan ölkələrin ortaq dəyərlərinin olduğunu deyib. TBMM başqanı 17 il əvvəl türk ölkələrinin rəhbərlərinin zirvə görüşünün keçirildiyini xatırladaq deyib ki, o zaman bu baş verməsəydi, bugünkü toplantı da olmazdı: “Hazırkı ölkə başçıları bu ideyaya dəstək verməsəydilər, bu iclas baş tutmazdı”.
M.Ə.Şahin Türkmənistan və özbəkistanın da bu quruma qoşulacağına inamını ifadə edib: “İnanırıq ki, buna nail olacağıq. Tək əldən səs çıxmaz. İndi bizim 4 əlimiz var. Bu gün tarixi bir addım atırıq”.
TBMM sədri onu da qeyd edib ki, TöPA-nın ikinci plenar iclası gələn ilin oktyabrında Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək. Sonra iclasda Türkdilli ölkələrin Parlament Assambleyasının (TöPA) birinci plenar iclasında qurumun Baş katibi seçilib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Ramil Həsənov TöPA-nın Baş katibi seçilib. Baş katibin TöPA-da təmsil olunan digər üç ölkədən olan müavinləri də müəyyənləşib. Türkdilli ölkələrin Parlament Assambleyasının (TöPA) Bakıda keçirilən toplantısında qurumun Katibliyinin Əsasnaməsi də təsdiq olunub. Əsasnaməyə görə, TöPA Katibliyinin daimi mənzil-qərargahı Bakıda yerləşəcək.
TöPA-nın daimi işçi orqanı sayılan Katibliyin əsas funksiyaları iştirakçı ölkələrin parlamentləri arasında əlaqənin təmin edilməsi, TöPA-nın, qurumun Şurası və digər orqanlarının iclasları üçün materialların hazırlanması, bu orqanları məlumatla təmin edilməsi, arxiv işlərinin aparılması, dövrü nəşrlərin buraxılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin təşkili, təsərrüfat işlərinin təşkilindən ibarətdir. Əsasnamədə Baş katibin, onun müavininin səlahiyyətləri barədə də müddəalar öz əksini tapıb. Toplantıda təşkilatın illik büdcəsi təsdiqlənib.
TöPA-nın bir illik büdcəsi 300 min avro məbləğində təsdiqlənib. Büdcədə Baş katibin ayda 3250 manat, köməkçisinin 3000 manat, müavinlərinin 3000 manat, maliyyə, arxiv və dəftərxana məsələləri üzrə katibin 700 manat, köməkçi katibin 500 manat maaş alması nəzərdə tutulur. Məzuniyyət xərcləri üçün 8760 manat vəsait ayrılıb. Büdcədə ümumilikdə maaşların ödənilməsi üçün 170600 manat (153400 avro) ayrılacaq. Ofis, xidmət, tibbi sığorta, nəqliyyat xərcləri üçün 140000 manat (126 min avro), avtomobil alınması üçün isə 25200 manat (21 min avro) xərclənəcək. Baş katib TöPA-nın sədri ilə razılaşdırılmış şəkildə xərclərin strukturunda dəyişiklik edərək vəsaiti başqa istiqamətlərə istiqamətləndirə bilər. Quruma üzv ölkələr hər ilin birinci və yeddinci ayında büdcəyə üzvlük haqqını ödəməlidir. Büdcəyə nəzarəti iştirakçı ölkələrin parlament təmsilçilərindən ibarət komissiya həyata keçirəcək.
TöPA Katibliyinin əsasnaməsinin altıncı maddəsində iştirakçı ölkələrin büdcəyə ödəyəcəyi üzvlük haqqının nisbəti müəyyənləşib. Əsasnaməyə əsasən, büdcə vəsaitinin 2/15 hissəsini Azərbaycan ödəyəcək ki, bu da ildə 40 min avro deməkdir. Büdcənin 4/15 hissəsi Qazaxıstanın (80 min avro), 1/15 hissəsi Qırğızıstanın (20 min avro), 8/15 hissəsi isə Türkiyənin (160 min avro) üzvlük haqqı hesabına formalaşacaq. Bundan başqa, Baş Məclis TöPA-nın Bakı Bəyannaməsini qəbul edib.
İclasdan sonra brifinq keçirilib. Brifinqdə TöPA-nın qəbul etdiyi Bakı Bəyannaməsi oxunub. Bundan sonra Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, Qazaxıstan parlamenti Məclisinin sədri Oral Muhamedjanov və Qırğızıstan parlamentinin (Jokorqu Keneş) sədri Aytibay Taqayev qısa çıxışlar ediblər. Spikerlər yeni yaradılan beynəlxalq təşkilatın uğurla fəaliyyət göstərəcəyinə inam ifadə edib, qurumun daha da möhkəmlənməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, təşkilatın türk xalqları arasında əlaqələri gücləndirəcəyini bildiriblər. Parlament sədrləri TöPA-nın gələcəkdə daha da genişlənməsini arzuladıqlarını söyləyiblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48

