/ / Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11.06.2018 [08:40]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Nikolay Yankov fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Nikolay Yankov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğuladı, Bolqarıstan Prezidenti və Baş nazirlərinin Bakıya, özünün Bolqarıstana səfərlərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Nikolay Yankovun səfirlik fəaliyyətinin əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Səfir Nikolay Yankov Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını Prezident İlham Əliyevə çatdırdı və dövlətimizin başçısını yenidən prezident seçilməsi, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbrik etdi. Səfir ölkələrimizin rəhbərliyi arasında dostluq əlaqələrinin mövcud olduğunu bildirərək, bunun ikitərəfli münasibətlərin inkişafında rolunu xüsusi qeyd etdi.
Cənub Qaz Dəhlizi layihəsinə toxunan Nikolay Yankov bu layihənin icrasının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi baxımından böyük önəm daşıdığını vurğulayaq, ölkəsinin gələcəkdə bu layihədə tranzit rolu oynaya biləcəyini dedi. O, Bolqarıstanın bu mühüm layihənin reallaşmasına siyasi sadiqliyini bir daha ifadə etdi.
Prezident İlham Əliyev bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışının önəmini qeyd edərək, yaxın günlərdə TANAP-ın da işə salınacağını vurğuladı, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı Bolqarıstanın bu layihənin mühüm tərkib hissəsi olduğunu və gələcəkdə digər ölkələrə Azərbaycan qazının çatdırılması üçün tranzit rolu oynaya biləcəyini dedi.
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, turizm, investisiya qoyuluşu, kənd təsərrüfatı sahələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

