Prezident İlham Əliyev ABŞ dövlət katibi köməkçisinin birinci müavinini qəbul edib
28.06.2018 [10:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uelsi qəbul edib.
AZƏRTAC xəbər verir ki, xanım Alis Uels Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı minnətdarlığını bildirib və bu tədbirin böyük önəm daşıdığını deyib.
Dövlətimizin başçısı xanım Alis Uelsin bu tədbirdə iştirak etməsindən məmnunluğunu bildirib.
Xanım Alis Uels bu yaxınlarda qeyd olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və “Şahdəniz-2” layihəsinin rəsmi açılışı kimi çox tarixi tədbirlərdən az keçmiş Azərbaycana səfər etməsindən məmnunluğunu vurğulayıb. O, bu mühüm hadisələrlə bağlı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikası Prezidentinə təbrik məktubları göndərdiyini xatırlayaraq bu münasibətlə öz təbriklərini də çatdırıb.
Dövlətimizin başçısı Amerika Prezidenti Donald Trampın bu iki mühüm hadisə ilə bağlı göndərdiyi məktublara və orada ölkəmiz və ikitərəfli münasibətlərimizlə əlaqədar ifadə etdiyi xoş fikirlərə görə minnətdarlığını bildirib, bunun əlaqələrimizin strateji önəmini bir daha nümayiş etdirdiyini deyib və qeyd edib ki, Azərbaycan tərəfi ABŞ Prezidentinin ölkəmizə olan münasibətini yüksək qiymətləndirir. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi nəhəng enerji layihələrinin reallaşmasına ABŞ hökumətinin verdiyi dəstəyin böyük önəm daşıdığını vurğulayıb və bildirib ki, Azərbaycan hər zaman müxtəlif enerji layihələri, o cümlədən böyük əhəmiyyət daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında bu dəstəyi hiss edib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Əfqanıstan hökumətinə birbaşa və beynəlxalq səylər çərçivəsində dəstək göstərir və eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasına öz töhfəsini verir və bu missiyada Azərbaycan hərbçilərinin sayı artırılıb. Azərbaycan gələcəkdə də öz hərbçilərinin sayını artırmağa hazırdır. Prezident İlham Əliyev daha sonra qeyd edib ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşdükdən sonra Azərbaycan Əfqanıstana böyük önəm daşıyan logistik dəstəyi təmin edir. Prezident İlham Əliyev bütün bunların Əfqanıstan hökuməti tərəfindən yüksək qiymətləndirildiyini deyib.
Azərbaycan Prezidenti qeyd edib ki, Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı bunu bir daha nümayiş etdirəcək və Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi işinə böyük töhfə verəcək.
Xanım Alis Uels Azərbaycan Prezidenti ilə görüşün Əfqanıstana dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını deyib. O, Azərbaycanın Əfqanıstana və bu ölkənin xalqına davamlı dəstəyini və eləcə də Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında Azərbaycan hərbçilərinin sayının artırılmasının ABŞ tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

