Şəhərin "yaşıl adası" tarixi şöhrətini yenidən qaytarır
08.10.2009 [09:49]
Azərbaycan Prezidenti İlham Əliyev dünən paytaxtın Filarmoniya bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva bağı gəziblər.
Məlumat verilib ki, 1830-cu ildə İçərişəhərin qala divarına bitişik ərazidə salınan və uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan Filarmoniya bağının maraqlı tarixi var. XIX əsrin əvvəllərində Bakının komendantı İrandan gələn bütün gəmi sahiblərinin qarşısına hərəyə bir çuval qara torpaq gətirmək barədə şərt qoymuşdu. Gətirilən torpağın tökülüb yayıldığı bu ərazidə bitkilərin çeşidi zənginləşdirilir, beləliklə də bağ şəhərin “yaşıl adası”na çevrilir. XIX əsrin 60-70-ci illərində bu bağın ərazisi xeyli genişləndirilib. ötən əsrin əvvəllərində isə Şəhər Dumasının qərarı ilə bu ərazidə indiki Filarmoniya binasının tikilməsi o vaxtlar Qubernator bağı adlanan istirahət guşəsinin şöhrətini daha da artırıb, əraziyə xüsusi yaraşıq verib. Sahəsi 4,6 hektar olan bu bağ əvvəlcə Qubernator, sonra Mixaylov bağı adlanıb. O vaxtlar da bu bağa digərlərindən daha çox diqqət və vəsait ayrılırdı. çünki bağdakı sıx yaşıllıq Şəhər Dumasının fəxri idi.
Bağ salınandan sonrakı dövrdə ilk dəfə burada abadlıq işləri ötən əsrin 70-ci illərində aparılıb. Uzun inkişaf mərhələsi keçən bağ bir çox dövrlərdə baxımsızlıqdan ziyan çəkib. Bundan əlavə, ərazidə uzun müddət zövqsüz iaşə obyektlərinin inşası bağın təyinatını da dəyişib.
Lakin Prezident İlham Əliyevin diqqət və qayğısı bu bağın da tarixi şöhrətini qaytarmağa imkan verib. 2007-ci ilin mayında əraziyə gələn dövlətimizin başçısı burada abadlıq və yenidənqurma işlərinin aparılması ilə bağlı tapşırıqlarını vermişdi. Prezident İlham Əliyev mütəmadi olaraq əraziyə gələrək işlərin gedişi ilə maraqlanmış, yenidənqurma prosesinin orijinal üslubun saxlanılmaqla həyata keçirilməsinin vacibliyini bildirmişdi.
Aparılmış yenidənqurma işləri nəticəsində Filarmoniya bağı da Bakının digər parkları kimi paytaxt sakinlərinin maraqlı istirahət yerinə çevrilib.
Bağdakı fəvvarə, pavilyon və köşklər yenidən qurulub, XIX əsr paytaxt memarlığının Qərb meyillərinin Şərq üslubu ilə uzlaşdırılması bağın dizaynına xüsusi yaraşıq verib. Bağın özünəməxsus bitki örtüyü olduğu kimi qorunub saxlanılıb, yenidənqurma mərhələsində yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilib. Yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bağın bədii tərtibatı xüsusi diqqətdə saxlanılıb. 1865-ci ildə burada əkilən dekorativ bitkilər öz gözəlliyi ilə diqqəti çəkir, yeni ağac və gül kolları da bağdakı yaşıllıq zolağına, ümumilikdə isə park elementlərinə əlavə rəng qatır. Yenidənqurma zamanı burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları əkilib, yeni suvarma sistemi quraşdırılıb.
Bağda yeni planlaşdırma işlərinin aparılması və bu prosesə xarici mütəxəssislərin də cəlb olunması ilk növbədə burada görülən işin keyfiyyətindən xəbər verir. Fransanın “İnter Art” şirkətinin məxsusi olaraq layihələndirdiyi bağda orijinal formada tikilən fəvvarə Bakıda ilk dəfə məhz burada yerləşdirilib. Fəvvarə və onun arxasındakı memarlıq tikilisi həm dizaynına, həm də koloritinə görə, Bakının nostalji hissləri doğuran elementlərinin bir yerdə cəmləşdiyi məkan kimi diqqəti çəkir. Bağda yeni ağaclar əkilib, ərazi müxtəlif bitkilərlə zənginləşdirilib, gözəl landşaft kompozisiyaları yaradılıb. Bakıda ilk dəfə olaraq bu bağda klassik musiqi səsləndiriləcək.
Dövlətimizin başçısının və xanımının diqqətinə çatdırılıb ki, bağda bərpa və yenidənqurma işləri ilə yanaşı, arxeoloji qazıntılar da aparılıb. Ərazidə İçərişəhərin ikinci qala divarı və qala qapısı da aşkar olunub.
Tamamilə yenidən qurulan kafeteriyada paytaxt sakinlərinin, qonaqların istirahətinin təşkili üçün hər cür şərait yaradılıb.
Bağla tanışlıqdan sonra Prezident İlham Əliyev burada yenidənqurma işlərinə cəlb olunmuş Fransanın “İnter Art” şirkətinin nümayəndələri ilə görüşüb, işləri yüksək səviyyədə yerinə yetirən mütəxəssislərə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

