3 oktyabr 1993-cü il - 11 oktyabr 1998-ci il: Xalqın arzularının təntənəsi günü
10.10.2009 [10:01]
Əgər 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi idisə, 1998-ci il seçkiləri artıq formalaşan dövlətimizin imtahanı sayılırdı.
Bu seçimi əsaslandırmaq üçün xalqın yüzlərlə, minlərlə arqumenti, məntiqə əsaslanan dəlil-sübutu var idi. çünki həyata keçirilən islahatlar nəticəsində “Xalq - Heydər, Heydər - xalq” ifadəsi Prezident və xalq birliyinin möhtəşəm formuluna çevrilmişdi. Beynəlxalq aləm də əmin idi ki, 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas etmiş Heydər Əliyev növbəti dəfə Prezident seçiləcək. Eyni zamanda, özünü Heydər Əliyevə siyasi rəqib kimi göstərmək istəyən müxalifət düşərgəsinin təmsilçiləri də növbəti seçkidə də məğlub olacaqlarını anlayırdılar.
Bununla belə, həmin dövrdə bəzi qüvvələr müdrik siyasətçinin əleyhinə təbliğat aparırdılar. Odur ki, 1988-1993-cü illərin faciə və gərginliklərini yaşamış hər bir kəs ayıq olmalı, taleyüklü seçim məqamında qətiyyət və siyasi iradə nümayiş etdirməli idi və Azərbaycan xalqı 1993-cü ildə olduğu kimi, 1998-ci ildə də düzgün seçim etdi. Əslində, xalqın başqa seçimi ola da bilməzdi. çünki 1993-cü ilin yayına - Milli Qurtuluşa qədər ölkədə baş verənlər heç kəsin yadından çıxmamışdı. Elə Qurtuluşdan sonra baş verənlər də hamının gözu qabağında idi. Ən başlıcası, ölkədə daxili sabitlik yaranmış, çörək qıtlığı, ərzaq çatışmazlığı aradan qaldırılmış, insanların bir-birinə və dövlətə olan inamı bərpa edilmişdi. Daha sonra isə ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandıran qanunların qəbul edilməsinə, köklü islahatlara start verilmişdi. Nəticədə, Heydər Əliyevin birinci prezidentliyi dövründə Azərbaycana 10 milyardlarla dollar gəlir gətirəcək “Əsrin müqaviləsi” imzalanmış, bütün beynəlxalq təşkilatlara inteqrasiyamız təmin edilmiş, dünyanın aparıcı dövlətləri ilə münasibətlərimiz isə tərəfdaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırılmışdı. Müstəqillik dövründə ilk dəfə iqtisadi dirçəlişə nail olmağımız da məhz Heydər Əliyevin birinci prezidentliyi dövrünə - 1996-cı ilə təsadüf edirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə - yəni, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həllinin zəruriliyi də beynəlxalq təşkilatlar səviyyəsində ilk dəfə 1996-cı ildə etiraf edilmişdi.
ölkədə hüquqi islahatlara da həmin dövrdən başlanmış, 1995-ci ildə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edilmiş, yeni parlament seçilmişdi. ümumiyyətlə, 1993-cü ilin oktyabrından 1998-ci ilin oktyabrına qədər Azərbaycanda həyata keçirilən tədbirlər belə deməyə əsas verirdi ki, oktyabrın 11-də Heydər Əliyevin qələbəsi şəksizdir. Proqnozlar özünü doğrultdu və Heydər Əliyev 76,1 faiz səs toplayaraq yenidən Azərbaycanın Prezidenti seçildi.
Ulu öndərin ikinci prezidentlik dövründə qazanılmış iqtisadi nailiyyətlər diqqəti cəlb edir. Belə ki, 1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdı. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru - emal sənayesi də inkişaf edirdi. Göstərilən müddətdə emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən, yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdı. Sənayenin inkişafı ilə yanaşı, ümummilli lider respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq 872 min kəndli ailəsinə 1372,8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min qaramal tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar verildi, ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı yarandı. 1997-2002-ci illərdə istehsal edilən kənd təsərrüfatı məhsullarının 99,01 faizi məhz onların payına düşürdü. Bu məhsulların satışında qiymətlər tam sabitləşmiş, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılmışdı.
Yaxın keçmişdə əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan xaricə məhsul ixrac etməyə başladı. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olmuşdu. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişlənir, möhkəmlənir və inkişaf edirdi...
Beləliklə, Ulu öndərin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoymuşdu. Ona görə də, 2003-cü ilin prezident seçkilərində xalq yenidən Heydər Əliyev siyasətinə səs verdi...
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

