Azərbaycan və İordaniya arasında güclü siyasi-iqtisadi əlaqələr mövcuddur
14.10.2009 [09:49]
Azərbaycanın əlverişli coğrafi mövqeyi və regionda mühüm enerji-nəqliyyat məkanına çevrilməsi bir çox ölkələr kimi İordaniyanın da marağının artmasına səbəb olub və Rəsmi Əmman respublikamızla ikitərəfli əlaqələri möhkəmləndirmək üçün öz səylərini artırıb. Son illərdə tərəflər arasında bir sıra layihələrin həyata keçirilməsi və hökumət üzvlərinin iştirakı ilə əməkdaşlığın inkişafına dair birgə müzakirələrin intensivləşməsi əlaqələrin dərinləşməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. Azərbaycanın və İordaniyanın dövlət başçılarının qarşılıqlı səfərləri isə güclü siyasi əlaqələrin qurulmasına və münasibətlərin ən yaxın dostluq səviyyəsinə yüksəlməsinə impuls verməklə bərabər, əməkdaşlığın formatının daha da genişlənməsinə səbəb olub.
İordaniya ilə Azərbaycan arasındakı sıx təmaslar o qədər möhkəmlənib ki, iki ölkənin hökumət üzvləri və iş adamları hər il qarşılıqlı səfərlər edir, biznes forumlar keçirir və yeni-yeni əməkdaşlıq layihələrinin perspektivlərini müzakirə edirlər. İndiyədək keçirilmiş biznes forumlar iki ölkə arasında birgə layihələrin gerçəkləşməsinə dərin baza yaradıb. İordaniyanın iş adamlarının və tanınmış şirkətlərin ölkəmizin investisiya layihələrində iştirak etmək maraqları artıb. Bir neçə ildir ki, İordaniya şirkətləri respublikamızda fəaliyyət göstərir və onlar qeyri-neft bölməsində qabaqcıl texnologiyaların tətbiqinə görə fərqlənirlər. Hazırda meliorasiya və su təsərrüfatında ən iri layihələrdən biri olan Xanarx kanalının çəkilişində iordaniyalılar məsləhətçi şirkət kimi iştirak edir. İordaniyalıların turizm, rabitə, nəqliyyat və energetika bölmələrinə sərmayə qoymaq niyyətləri daha böyükdür. Rəsmi Əmman Azərbaycana tikinti və elektroenergetika sənayesində öz ölkəsinin biznes qurumlarının köməyindən istifadəni təklif edir. Əczaçılıq bu ölkənin iqtisadi həyatında aparıcı sahələrdən birini təşkil edir və İordaniya artıq dərman preparatlarının istehsalına görə Hindistanla rəqabət aparmaq gücündədir. Həmin sahə üzrə ixtisaslaşmış bu dövlətin tanınmış şirkətləri Bakıda farmaseptik müəssisələrin yaradılmasında təmsil olunmaq istəyirlər.
İordaniyanın ərəb dövlətlərinin iqtisadi nəhəngləri, xüsusilə də, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə ortaq layihələrdə iştirakı bu ölkənin azad iqtisadi zonaların (AİZ) yaradılmasında mühüm təcrübə qazanmasına səbəb olub. Yaxın Şərq regionunda və ümumilikdə ərəb ölkələri içərisində azad iqtisadi zonaların (AİZ) yaradılmasında üstünlüyünə görə seçilən İordaniyanın təcrübəsi respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda İordaniyanın Qırmızı dəniz sahilində yerləşən Akraba şəhərindəki AİZ-lərin təcrübəsi təhlil edilir və respublikamızın cənub zonasında, eləcə də, Sumqayıt yaxınlığında belə bir zonaların təşkili diqqət mərkəzində dayanır.
İordaniya 2002-ci ildən ümumdünya Ticarət Təşkilatının sıralarına daxil olub və xarici ölkələrin bazarlarına sənaye məhsullarını təqdim etməklə öz ticarət tərəfdaşlarının sayının artmasına nail olub. Bu ölkə artıq son 5 ildə xarici ticarət əməliyyatlarında ərəb dövlətləri ilə yanaşı, Asiya və Avropanın inkişaf tempinə görə, nəhəng ölkələri ilə əlverişli ticarət münasibətləri qurmasına görə diqqəti çəkir. Yəni İordaniyanın ticarət tərəfdaşlarının böyük əksəriyyətini hazırda Avropa və Asiya ölkələri təşkil edir. İordanyanın üTT-nin üzvü olması Azərbaycanın da bu nufuzlu təşkilatın sıralarına daxil olmaq istiqamətində apardığı danışıqlarda rəsmi Əmmanın dəstəyini qazanmasına böyük əminlik yaradır. İordaniyanın hökumət rəsmiləri bu məsələyə mövqeyini bildirərkən birmənalı şəkildə respublikamızın mənafeyini dəstəklədiklərini bəyan ediblər.
Qeyd etdiyimiz kimi, İordaniya Avropa ölkələri ilə sıx ticarət əlaqələri qurararaq Avrozonada öz məşhur brendləri ilə tanınmağa başlayıb. Bir neçə ildir ki, Almaniyanın avtomobil sənayesinin sahibləri iordaniyalı biznesmenlərlə maşın istehsalı və satışında əməkdaşlıq edir. Almaniya “Mercedes-Benz” avtobuslarının bu ölkədə yığılmasına razılıq verib və son illərin statistikası göstərir ki, almanlar bu ticarəti qurmaqda heç də yanılmayıblar. Belə ki, İordaniyada yaradılmış müştərək “Elba” şirkətinin istehsal etdiyi “Mercedes-Benz”lər Ərəb körfəzi və Yaxın Şərq regionunda ən çox satılan avtomobillərdir. İordaniyalı iş adamları isə həmin şirkətin Bakıda satış şəbəkəsinin yaradılmasını təklif edir. Nəzərə alsaq ki, almanların istehsal etdiyi avtobuslardan 70-90 min dollar ucuz olan bu maşınları “Elba” şirkəti Azərbaycana təxminən 120-140 min dollara satmağa razıdır, onda bu layihənin ölkəmiz üçün hansı önəmə malik olduğunu görə bilərik. İordaniyalılar ərəb ölkəsi olmasına baxmayaraq, spirtli içkilərin istehsalını iqtisadi layihələrdə əsas sahələrdən biri hesab edirlər. Artıq bu ölkənin şərab məhsulları keyfiyyətinə görə, heç də avropalıların istehsal etdiyindən geri qalmır. Məsələn, “Haddad Distilleries” şirkəti Avropada ən keyfiyyətli spirtli içkilər istehsalına görə şöhrət qazanıb və fransız, italyan şərabı ilə rəqabət aparır.
Göründüyü kimi, son illərdə inkişaf baxımından xeyli pozitiv dəyişikliklərə nail olan İordaniya hökuməti ilə əməkdaşlıq respublikamız üçün də mühüm əhəmiyyət kəsb edə bilər. Xüsusilə də, qeyri-neft sektorunda əməkdaşlıq hər iki tərəf üçün cəlbedici sayılır. Real sektorun aparıcı sahələri olan tikinti, kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq sahələrində layihələrin reallaşması mümkündür. Yeri gəlmişkən, Azərbaycan hökuməti Dövlət İnvestisiya Şirkətinin hazırladığı iqtisadi layihələrdə iordaniyalıların iştirakının təmin olunmasını təklif edir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50

