Azərbaycan-İsveçrə əlaqələri inkişaf edir
24.10.2009 [10:48]
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yürütdüyü xarici siyasət bütün dövlətlərlə xoş münasibətə, ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə və milli maraqlara köklənib. ölkəmiz hər zaman bütün dövlətlərlə dostluq və tərəfdaşlıq qismində əlaqələr yaratmaqda maraqlıdır. Azərbaycanın İsveçrə ilə əlaqələri də bu istiqamətdə uğurla davam etdirilir.
Azərbaycan-İsveçrə əlaqələrinin dərin kökləri var. Xüsusən ölkəmiz müstəqillik əldə etdikdən sonra bu iki dövlət arasında münasibətlərin inkişafında yeni mərhələ başlayıb. ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlişi həm də Azərbaycanın dünyaya açılması ilə yadda qaldı. Məhz həmin illərdə Azərbaycan ilə İsveçrə arasında diplomatik əlaqələr gücləndirildi, İsveçrə iş adamları Azərbaycanda investisiya yatırımına başladı. Bu gün həmin əlaqələr daha da inkişaf etdirilir. Azərbaycan ilə İsveçrənin iqtisadi əlaqələrinin genişləndirilməsində 2003-cü ildən fəaliyyət göstərən birgə komissiya əhəmiyyətli rol oynayıb. Azərbaycan-İsveçrə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının 2006-cı ildə Bern şəhərində keçirilən II iclasından sonra ölkələrimiz arasında ticarət, kənd təsərrüfatı, əczaçılıq, turizm, təhsil və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün müəyyən işlər görülüb. Hazırda isveçrəli iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, xüsusilə də, nəqliyyat daşımaları, metallurgiya, maşınqayırma, kənd təsərrüfatı, təhsil, maliyyə, ticarət, energetika, yeyinti məhsulları və digər sahələrdə fəaliyyət göstərirlər. Azərbaycan və İsveçrə arasında maliyyə və texniki sahələrdə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən “Lizinq inkişafı”, “Korporativ idarəetmə”, “Bakı pilləli su nasos stansiyalarının bərpa edilməsi” və digər layihələrdə İsveçrə hökuməti yaxından iştirak edib.
Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 40-a yaxın İsveçrə investisiyalı kommersiya şirkəti fəaliyyət göstərir. İsveçrənin “Holsim Group” şirkətinin səhmdarı olduğu “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyəti yeni texnologiyalar əsasında fəaliyyət göstərir. Bir müddət öncə bu müəssisədə inşasının ümumi dəyəri təqribən 400 milyon ABŞ dolları olan sobanın təməlqoyma mərasimi keçirilib. Bu, Azərbaycanın qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihələrdən biri sayılır. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə infrastrukturun təkmilləşdirilməsi, korporativ idarəetmə, biznes mühitinin yaxşılaşdırılması, dövlət orqanlarına texniki yardım və təlim proqramı kimi 21 layihə həyata keçirilib. 2001-2008-ci illərdə SECO Azərbaycanda həyata keçirilən layihələrə 31,3 mln. İsveçrə frankı həcmində vəsait ayırıb.
Bu günlərdə İsveçrədə rəsmi səfərdə olan Prezident İlham Əliyev də Azərbaycan-İsveçrə münasibətlərinin hər zaman dostluq və qarşılıqlı tərəfdaşlıq qismində inkişafından razılıq ifadə edib. ölkə başçısı qeyd edib ki, münasibətlərimiz çox uğurla inkişaf edir. Bu ilin əvvəlində Davosda baş tutan ölkə rəhbərlərinin görüşündə başlanan dialoq səfər çərçivəsində davam etdirilib. Dialoq olduqca geniş sahələri əhatə edir və artıq münasibətlərin gələcəyinin perspektivli olduğu ortadadır. Prezident İlham Əliyev son illər ərzində əlaqələrin dinamik şəkildə inkişaf etdiyini önə çəkib: “İsveçrə bizim üçün yaxın tərəfdaş, dost ölkədir. Bu gün, cənab Prezident, yaratdığınız mühit əsl dostluq mühitidir. Biz ikitərəfli əlaqələrə aid bir çox mühüm məsələləri müzakirə etdik. Onların inkişaf yollarını araşdırdıq. İsveçrə və Azərbaycanda qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi apardıq. Ticarət dövriyyəmiz sürətlə artır. Beynəlxalq maliyyə böhranına baxmayaraq, iqtisadi münasibətlərimiz uğurla inkişaf edir”.
Səfər çərçivəsində İsveçrə rəhbərliyi ilə regional inkişafın mühüm məsələləri, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə edilib. Bununla yanaşı, enerji əməkdaşlığı məsələləri bir daha müzakirə olunub. Hər iki ölkənin rəhbəri bu sahədəki əlaqələrin böyük potensiala malik olduğuna əminliyini ifadə edib. Azərbaycan Prezidenti qarşıdakı illərdə münasibətlərin daha uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
İsveçrə prezidenti Hans-Rudolf Merts də Azərbaycan Prezidentinin ölkəsinə səfərindən məmnunluq duyduğunu ifadə edib. Dövlət başçısı iqtisadi münasibətlərimizin inkişafının hər iki ölkə üçün vacib olduğunu xatırladıb. Enerji sahəsində İsveçrə ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etdiriləcəyi xüsusi olaraq vurğulanıb.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30

