Hesabat dövründə Azərbaycanda Rus İcmasının fəaliyyəti müsbət qiymətləndirilib
07.11.2009 [11:06]
Təxminən 68 min üzvü olan icmanın 38 şəhər, rayon və regional qurumunu qurultayda 320 nümayəndə təmsil edib. Azərbaycanda yaşayan rusların sayı isə 160 min nəfərdən çoxdur. Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin qurultayı açaraq, nümayəndələri və qonaqları salamlayıb, tədbirin gündəliyini elan edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
M.Zabelin təbrik məktubuna və icmanın fəaliyyətinə verilən yüksək qiymətə görə Rus İcması adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycanda yaşayan ruslar Onun siyasi xəttini daim dəstəkləyirlər.
Qurultayda çıxış edən Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata vurğulayıb ki, ruslar Azərbaycanın tamhüquqlu vətəndaşlarıdırlar. çoxmillətlilik Azərbaycanın sərvətidir, Rus İcması bu varlığın bir hissəsidir.
Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin bildirib ki, Azərbaycanda tolerantlıq yüksək səviyyədədir. ölkədə milli azlıqların öz milli mədəni dəyərlərini qorumaq üçün bütün şərait yaradılıb və bu şəraitdən düzgün istifadə etmək çox vacibdir. Azərbaycanda Rus İcması kağız üzərində deyil, reallıqda fəaliyyət göstərir.
Sonra M.Zabelinin Azərbaycanda Rus İcmasının beşillik fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib.
Sədr məruzəsində vurğulayıb ki, rus dilinə kifayət qədər tələbat olan Azərbaycanda rus diasporu rahat və sakit həyat yaşayır, onların heç bir hüququ pozulmur.
M.Zabelin bildirib ki, Azərbaycanda Rus İcması beş il ərzində çox vacib layihələr həyata keçirib. Cənubi Qafqaz dövlətləri nümayəndələrinin regional konfransı, dünyanın 15 ölkəsindən nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş rusiyalı həmvətənlərin yığıncağı, Azərbaycanın ali məktəblərində “Moskva merinin təqaüdü” proqramının həyata keçirilməsi bu qəbildən olan ən mühüm layihələrdəndir. Respublika ictimaiyyəti Bakı-Xəzəryanı Yeparxiyanın yenidən yaradılmasının 10-cu ildönümünün qeyd edilməsinə böyük maraq və diqqətlə yanaşıb.
Məruzəçi deyib ki, II qurultayın qərarlarını yerinə yetirən Respublika Şurası beynəlxalq qurumlarla əlaqələrini möhkəmləndirib, Azərbaycanın nailiyyətlərini təbliğ edib, rusiyalı həmvətənlər təşkilatlarının beynəlxalq fəaliyyətində yaxından iştirak edib.
Sonra Moskva hökumətinin təmsilçisi Aleksey Yesipenko şəhərin meri Yuri Lujkovun adından beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelina xatirə hədiyyəsi təqdim edib.
Qurultayda təftiş və mandat komissiyalarının hesabatları, rayon bölmələrinin rəhbərlərinin çıxışları dinlənilib. Hesabat dövründə Azərbaycanda Rus İcmasının fəaliyyəti müsbət qiymətləndirilib.
Bundan əlavə, qurultayda iqtisadi problemlər müzakirə edilib. Faşizm üzərində Böyük Qələbənin 65 illiyinə hazırlıq da qurultayda əsas məsələlərdən biri olub.
Daha sonra icma sədrini və Respublika Şurasının yeni tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirilib. M.Zabelin yekdilliklə yenidən 5 il müddətinə sədr, 25 nəfərdən ibarət Respublika Şurasının üzvləri seçilib. Beləliklə, Respublika Şurasının üzvlərinin sayı 17-dən 25-ə çatdırılıb.
İcmanın Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, növbəti 5 il müddətinə perspektiv plan təsdiqlənib.
Qurultayda qətnamə, Rusiya Prezidenti Dmitri Medvedevə müraciət qəbul olunub.
Azərbaycanda Rus İcmasının III qurultayı bədii proqramla başa çatıb. Qurultayda Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlar, Rusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və sabiq səfir Vasili İstratov, RF Prezidenti Administrasiyasının, Dövlət Dumasının nümayəndələri, qraf Pyotr Şeremetyev, knyaz Dmitri Romanov və digər xarici qonaqlar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

