Azərbaycanda münbit sərmayə mühiti var və xarici investisiyalar lazımi səviyyədə qorunur
11.11.2009 [10:32]
Dünən Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün iştirakı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib. AzərTAc-ın məlumatına görə, biznes forumunda Sloveniya tərəfdən 70 nəfərlik heyət, Azərbaycan tərəfdən isə 90-dək iş adamı iştirak edib. Dövlət başçıları forumda çıxış ediblər.
Prezident İlham Əliyev Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişlənməsinə təkan verəcəyini bildirib: “Güclü siyasi münasibətlər, o cümlədən, iqtisadi əməkdaşlığın yaxşı potensialı ikitərəfli münasibətlərimizdə çox yaxşı bir mühit yaradır. Buna görə də mən Sloveniyanın işgüzar dairələrini bugünkü biznes forumda görməkdən çox şadam. Həmçinin bilirəm ki, dünən bizim iş adamları çox yaxşı, faydalı birgə görüşlər keçirmişlər. Bu cür biznes forumlar əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradır. çünki güclü siyasi iradə vardır. Hesab edirəm ki, iqtisadiyyatlarımızın bizim və Sloveniyanın işgüzar adamları üçün cəlbedici olması göz qabağındadır. Ona görə, biz indi ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün praktiki nöqteyi-nəzərdən nəyin edilməsi üzərində düşünməliyik. Hesab edirəm ki, bu tədbir əsnasında qarşılıqlı maraq doğuran məsələlər müəyyən ediləcəkdir. çünki işgüzar dairələr özləri üçün müəyyən edəcəklər ki, hansı sahəyə sərmayələr yatırmalıdırlar. Eyni zamanda, hesab edirəm ki, hökumətlər mütləq bu insanlara yardım etməlidirlər və müəyyən məsləhətləri, təlimatları verməlidirlər. Təbii ki, hər bir ölkənin hansı sahəni özünə vacib hesab etdiyi müəyyən olunmalıdır. Biz xarici sərmayələrə açığıq. Hesab edirəm ki, müstəqillik dövründən etibarən Azərbaycan adambaşına birbaşa xarici sərmayələrin həcminə görə regionda aparıcı dövlətlərdən birinə çevrilmişdir. Bizim ölkədə münbit sərmayələr mühiti vardır, xarici sərmayələr lazımi səviyyədə qorunur. Həmçinin enerji sektorunda əsas kommersiya müqavilələri parlamentimiz tərəfindən ratifikasiya edilib və artıq qanun formasını alıb. Yəni heç kim həmin müqavilədə heç bir sözü dəyişə bilməz. Bu da sərmayədarların əlavə etimadına səbəb olur. Biz, eyni zamanda, qeyri-enerji sektoruna da sərmayələr yatırılmasında maraqlıyıq. çünki enerji sektorunda bir çox işlər artıq görülüb. İqtisadiyyatımızın şaxələndirilməsi birnömrəli prioritetdir. Fikrimcə, bizim yaxşı nəticələrimiz vardır. Hazırda iqtisadiyyatımız yalnız enerji amillərindən asılı deyildir. Əməkdaşlığın potensial və maraqlı sahələri özlüyündə çox genişdir. Kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, bərpa olunan enerji mənbələri və bir çox digər sahələr mövcuddur. Ona görə, hesab edirəm ki, biznes dairələri nəyin edilməsi barədə özləri qərar qəbul etməlidirlər və biz, ölkələrin rəhbərləri yalnız onlara yardım etməkdən çox şad olardıq. Azərbaycan iqtisadiyyatı əvvəllər, Sovet İttifaqının süqutundan öncə yüz faiz planlı iqtisadiyyat idi. Lakin biz islahatlar apardıq və bizdə ümumi daxili məhsulun 85 faizi artıq özəl sektor tərəfindən təmin olunur. özəl sektor ölkəmizin iqtisadiyyatının şaxələndirilmiş inkişafında mühüm rol oynayır. Hökumətimiz Azərbaycanda qeyri-enerji sektoruna öz yardımını göstərir və bu sektorun inkişafını stimullaşdırır. Son beş il ərzində - 2004-cü ildən 2008-ci ilə qədər iqtisadiyyatımız 2,6 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünyada ən yüksək göstəricidir. Hətta bu gün böhran ilində - gördüyünüz kimi, neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımız yenə də artır. Bu ilin 9 ayında ümumi daxili məhsulun artımı 6,1 faiz olmuşdur. Lakin dünən verilmiş məlumata görə, 10 ay ərzində ümumi daxili məhsulun artımı 8,3 faiz təşkil etmişdir. Sənaye artımı isə 7,4 faiz olmuşdur. Bu, bizim iqtisadiyyatımızın davamlı xarakterindən xəbər verir. İqtisadi böhrana baxmayaraq, Azərbaycanın iqtisadi inkişafı davam edir və uğurla həyata keçirilir”.
Sloveniya Prezidenti Danilo Türk yüksək qonaqpərvərliyə görə Azərbaycanın dövlət başçısına dərin minnətdarlığını çatdırıb: “Qarşımızda yaxşı imkanlar vardır. Münasibətlərimizin kifayət dərəcədə geniş təhlili Sizin tərəfinizdən verildi. Bunu nəzərə alaraq, verəcəyim şərhlər qısa olacaqdır. Sizin istinad etdiyiniz aspektləri mən burada təkrar etmək istəməzdim, çünki onların hamısı ilə tam şəkildə razıyam. Mən biznes forumun təşkil olunmasına görə, cənab Prezident, Sizə və Azərbaycanın Ticarət və Sənaye Palatasına minnətdarlığımı bildirmək istəyirəm. Bu tədbir ikitərəfli səfərlərin mühüm nəticəsidir. Mən ümumiyyətlə, Sloveniyanın iş adamları ilə səfər etməyi xoşlayıram. Ona görə yox ki, onlar yaxşı insanlardır. Onlar, eyni zamanda, praktiki baxımdan çox işgüzar şəxslərdir. Onlar ikitərəfli münasibətlərimizin inkişafında əlavə rol oynayırlar. Cənab Prezident, Siz qeyd etdiniz ki, ölkələrimiz müstəqillik baxımından gəncdir. Bizim uzunmüddətli suveren dövlətçilik tariximiz olmayıb. Lakin bizim zəngin mədəni tariximiz vardır. Xalqlarımızın tarix boyu çətinliklərlə üzləşdiyi anlarda da bir çox oxşarlıqlar olub. Suverenliyimiz gəncdir. Hər iki ölkə böyük sınaqlardan keçib. Bu proses getdikcə iqtisadi özünəməxsusluğumuzu da təyin edib. Mən əldə edilmiş nailiyyətlərə görə Azərbaycanı təbrik etmək istəyirəm. Biz Sloveniyada yaxşı anlayırıq ki, ölkənizin enerji təchizatı sahəsində qlobal səviyyəyə çıxması Sizin böyük iqtisadi nailiyyətinizdir. Eyni zamanda, anlayırıq ki, hazırda Azərbaycan iqtisadiyyatını şaxələndirir. İqtisadiyyat inkişaf edir, müasirləşir və ölkə əhalisinin bütün tələbatlarının ödənilməsinə yönəlib. Bütün bunlar Azərbaycan xalqının, o cümlədən regionun perspektivli gələcəyini təmin edir. Sloveniya öz gələcəyini Avropaya inteqrasiyada görür. Biz nəinki Avropa İttifaqının, o cümlədən avro zonasının üzvüyük. Bu bizə valyuta sabitliyini vəd edir. Baxmayaraq ki, həmin zonaya qoşulmaq müəyyən mənada valyuta suverenliyini məhdudlaşdırır. Lakin biz bunu qəbul edirik. çünki bilirik ki, bu, iqtisadiyyatımızın sabitliyinə, eləcə də tərəfdaşlarımızla iqtisadi əməkdaşlığın aparılmasına şərait yaradır. Bir sözlə qarşımızda duran üstünlüklərə nəzər yetirməli, yaradıcı və məqsədyönlü olmalıyıq”.
Sonra biznes forumu işini davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

