Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın miqyası genişlənir
25.11.2009 [10:16]
Rusiya və Azərbaycan arasında siyasi-iqtisadi münasibətlərin dinamik inkişafı son dövrlərdə ən yüksək mərhələyə çatıb və əməkdaşlığın əhatə dairəsi bütün sferalarda özünü göstərməyə başlayıb. Səmimi dostluq münasibətlərinə söykənən Rusiya-Azərbaycan əməkdaşlığı dinamizm və inteqrasiya baxımından geniş xarakter almaqla regionda humanitar dəhlizin yaradılmasına impuls verməkdədir. Hər iki ölkə həm MDB çərçivəsində əlaqələri inkişaf etdirmək, həm də ikitərəfli münasibətlərin dərinləşməsinə baza yaratmaqla əməkdaşlığın dinamizminin və tempinin yüksəlməsinə səbəb olub.
ölkələr arasında ticarət dövriyyəsinin son illərdə əhəmiyyətli dərəcədə artması və Rusiyanın respublikamızın ticarət partnyorları sırasında ilk yerlərdən birində qərar tutması əməkdaşlığın formatında yeni prioritetlərin meydana çıxmasına imkan verib. Hazırda ölkələr arasında mal mübadiləsinin həcmi 2 milyard dolları ötməkdədir. Son illərdə keçirilən biznes-forumlar isə bu əlaqələrin inkişafına daha da impuls verib. İkitərəfli əlaqələrin dinamizminə hökumət səviyyəsində qarşılıqlı təmaslarla yanaşı, hər iki ölkənin müvafiq qurumları arasında əldə olunmuş razılaşmalar da mühüm təsir göstərməkdədir. Dövlət İnvestisiya Şirkəti, AZPROMO, Rusiya Ticarət Evi, hər iki ölkənin Sənaye və Ticarət palataları münasibətlərin intensiv inkişafına öz töhfəsini verməkdədir.
Rusiya ilə Azərbaycan arasında iqtisadiyyatın hər bir sahəsi üzrə faydalı əməkdaşlıq mövcuddur. Rus şirkətləri ölkəmizin daxili bazarında aparıcı yer tuturlar. Maşınqayırma, metallurgiya, sənayenin bir çox bölmələri, xidmət, ticarət, kənd təsərrüfatı və digər sahələrdə rus şirkətləri investisiya qoyuluşları həyata keçirməkdədir. Neft sektorunda həyata keçirilən layihələrin bir neçəsində Rusiya böyük paya malikdir. Azərbaycan Bakı-Novorossiysk kəməri ilə bu ölkəyə neft ixrac edir və bu, enerji sahəsində münasibətlərin inkişafına təkan verməkdədir. Azərbaycanın Rusiya ilə qaz nəqlinə dair saziş imzalaması isə əməkdaşlığın ən yeni mərhələyə qədəm qoymasını şərtləndirən başlıca faktorlardan biri hesab oluna bilər. Rusiyanın “Qazprom” şirkəti ilə Dövlət Neft Şirkəti arasında imzalanmış memoranduma əsasən respublikamız 2010-cu ilin yanvar ayından etibarən bu ölkənin şimal bölgələrinə, Dağıstan və ətraf rayonlara yanacaq ixrac edəcək. Şimal marşrutu - Qazıməmməd-Şirvanovka-Mozdok qaz kəməri vasitəsilə yanacağın nəql olunması mühüm iqtisadi hadisə olmaqla yanaşı, Rusiyanın respublikamızın çoxvektorlu ixrac strategiyasına, diversifikasiya siyasətinə qoşulmasını şərtləndirmiş olur. Rəsmi Moskva Azərbaycandan yanacaq almaqla Xəzər regionundakı mövcud tranzit-nəql imkanlarından faydalanmaq imkanı əldə etmiş olur. Azərbaycanın dünya enerji bazarında nüfuzunun və mövqeyinin daha da möhkəmlənməsi, Avropa ilə əməkdaşlıqda çoxşaxəli enerji siyasəti yürütməsi Rusiyanın da diqqət mərkəzindədir və bu məqsədlə Kreml respublikamızın diversifikasiya siyasətindən kənarda qalmaq istəmədiyini nümayiş etdirmiş oldu.
Rusiya ölkəmizlə bütün məsələlərdə qarşılıqlı etimada söykənən dərin münasibətlər qurub və dövlətlər arasında hər bir element üzrə ortaq mövqe mövcuddur. Xəzərin hüquqi statusu üzrə razılaşmaya imza atan ilk ölkələrdən biri də məhz Rusiyadır. Bu ölkə Xəzər regionunu əməkdaşlıq və sülh dəhlizi hesab edir və bütün sahilyanı dövlətlərlə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Rusiya bu mövqeyini Xəzərin hüquqi statusuna dair razılaşmaya imza atmaqla nümayiş etdirib. Azərbaycanla Rusiya arasında maliyyə, bank, sığorta, qiymətli kağızlar və digər sahələrdə də əməkdaşlıq intensiv xarakter almaqdadır. Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “ABB-Moskva” Rusiyada ən çevik maliyyə qurumlarından birinə çevrilib. “ABB-Moskva”nın aktivləri 10,5 milyard rubl, kapitalı 1,1 milyard rubl, kredit portfeli isə 8,1 milyard rubl civarındadır. Bu qurum Rusiyanın ən iri 30 bank qrupuna daxil olub. Yekaterinburq, Sankt-Peterburq və Moskvada şəbəkəsi olan “ABB-Moskva” 2010-cu ildə Nijni-Novqorod şəhərində yeni ofisini açmağı da planlaşdırır. Rusiyanın ən nəhəng maliyyə piramidası hesab olunan “Vneştorqbank”ın isə respublikamızda fəaliyyətə başlaması maliyyə-bank sektorunda əməkdaşlığın dərinləşməsinə stimul verəcək. Rusiya, MDB və Avropada 1000-ə yaxın bölməsi olan bu bankın maliyyə resurslarının respublikamızın iqtisadiyyatına yönəldilməsi qeyri-neft sektorunun inkişafının sürətlənməsində mühüm rol oynaya bilər. Eyni zamanda, iri biznes qurumları ilə yanaşı, kiçik və orta sahibkarlar da “Vneştorqbank”ın kreditlərindən yararlanmaq imkanı qazana biləcəklər ki, bu da sahibkarlığın inkişafına təkan vermiş olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

