/ / Prezident İlham Əliyev Abşeron rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Abşeron rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib
25.12.2009 [10:08]
Son illərdə Abşeron rayonunda aparılan genişmiqyaslı quruculuq işləri bu ilin 9 ayında da davam etdirilib. Rayon İcra Hakimiyyəti üçün inşa olunan yeni inzibati bina da bu prosesin tərkib hissəsidir. Böyük iqtisadi və sənaye potensialına malik olan Abşeron rayonunda son illərdə aparılan abadlıq işləri Xırdalan şəhəri də daxil olmaqla qəsəbə və kəndlərin inkişafında mühüm rol oynayır. Prospekt və küçələr boyunca yerləşən binaların və parkların müasir, zövqoxşayan forma və üslubda bərpası, yenidən qurulması işi davam etdirilir.
Cari ilin rayonda “Səhiyyə ili” elan edilməsi bu sahədə mühüm tədbirlərin həyata keçirilməsi ilə nəticələnib. Yeni məktəb binaları inşa olunub, sahibkarlığın inkişafına xüsusi diqqət yetirilib. Bu il rayonda 1000-ə yaxın yeni iş yeri açılıb. Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizin bütün bölgələrində həyata keçirilən quruculuq işləri Abşeronun da inkişafında mühüm nailiyyətlərlə müşahidə olunur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası isə bu prosesə əlavə impuls verib.
Xırdalan şəhərində inşa olunmuş Abşeron rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışına gələn Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı İcra Hakimiyyətinin əməkdaşları hərarətlə qarşılayıblar. Mehriban xanıma gül dəstələri təqdim olunub.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına məlumat verib ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda inşa olunan yeni inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Yeni binada Ulu öndərin büstü qoyulub, Heydər Əliyevin Abşeron rayonunun inkişafında göstərdiyi xidmətləri əks etdirən fotostend yaradılıb.
Prezident İlham Əliyev İcra Hakimiyyətindəki iş otaqlarında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş akt zalı və digər müşavirə otaqları da var.
Bina ilə tanışlıqdan sonra dövlətimizin başçısı Abşeron rayon İcra Hakimiyyətinin kollektivi ilə görüşüb, onları təbrik edərək deyib: “Sağ olun, sizi bu gözəl binanın açılışı münasibətilə təbrik edirəm. Yaxşı işləmək üçün hər bir şərait vardır. Yaxşı işləmək və yeni ildə yeni uğurlara nail olmaq lazımdır. Sizi salamlayıram və qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Sağ olun!”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

