Prezident İlham Əliyev metronun "28 May" stansiyasının ikinci çıxışının açılışında iştirak edib
31.12.2009 [02:02]
Dövlətimizin başçısı rəmzi açılışı bildirən qırmızı lenti kəsib.
Prezident İlham Əliyev Bakı metrosu xətlərinin perspektiv inkişaf sxemini və metropolitenin texnoloji korpusunu əks etdirən stendlərlə tanış olub.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov metronun “28 May” stansiyasının strukturu və görülən işlər barədə məlumat verib.
Bildirilib ki, “28 May” stansiyasının ikinci çıxışı kompleksinə müasir memarlıq üslubunda inşa olunmuş vestibül, sərnişinləri buradan piyada tunelinə və əksinə daşıyan üç eskalator, həmçinin yeraltı, piyada keçidi daxildir. Tikinti işlərini “Azərmetrotuneltikinti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirib. Layihənin əsas məqsədi “Xətai”-”Azadlıq prospekti” xəttini “İçərişəhər”-”Həzi Aslanov” xəttindən ayırmaqla hər iki marşrutun sərbəst istismarını təşkil etməkdir.
Qeyd olunub ki, bu vestibül Bakı Metropolitenində ən geniş və müasir avadanlıqla təchiz olunan ilk vestibüldür. Vestibülün girişində sərnişinlər üçün elektron məlumat bazası yerləşdirilib. Burada sərnişinlər Azərbaycan, rus və ingilis dillərində stansiyaların hərəkət xətti barədə məlumat əldə edə bilərlər. Keçidin çıxışında Bakı Metropolitenində ilk dəfə olaraq sərnişinləri sayan və buradan girişin qarşısını alan xüsusi turniketlər quraşdırılıb. Vestibülün memarlıq tərtibatı “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanıb.
Prezident İlham Əliyev eskalatorla yeni keçidə enib.
Dövlətimizin başçısına məlumat verilib ki, keçid 40 metr dərinlikdə yerləşir, “28 May” stansiyasına qədər piyada tunelinin ümumi uzunluğu isə 165 metrdir. Sərnişinlər tunel vasitəsilə “28 May” stansiyasından başqa, metronun “Cəfər Cabbarlı” stansiyasına da sərbəst gedə bilərlər. Burada istiqamətləndirici işarələr və stansiyanın yaxınlığında yerləşən mühüm inzibati bina və tikililərin adları göstərilib. Piyada tunelində təhlükəsizlik kameraları da quraşdırılıb.
Dövlətimizin başçısına məlumat verilib ki, hazırda metronun ikinci çıxışı olmayan digər stansiyalarda da bu istiqamətdə əsaslı işlər görülür. Artıq “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının layihəsi hazırdır və tikintinin 2010-cu ildə başlanması nəzərdə tutulub. Dərində yerləşən “Xətai”, “İçərişəhər”, “Sahil” və “Nizami” stansiyalarının layihələndirilməsi də yaxın gələcəkdə həyata keçiriləcək.
Yeni keçidi gəzən dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirib, tövsiyə və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

