Münaqişənin həlli üçün hərb variantının tətbiqinə ehtiyac olacaqmı?
30.03.2010 [08:17]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni situasiyanın yarandığını müşahidə etməkdəyik. Xüsusən, 2009-cu ildə danışıqlarda əldə olunmuş intensivlik və bu fəallaşma fonunda işğalçı ölkənin rəhbərliyinə tuşlanan təzyiqlərin artması münaqişənin həllinə olan ümidləri daha da artırır. Eyni zamanda, bu ilin əvvəllərində Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutan görüşdə müəyyən irəliləyişlərin əldə olunması, bunun davamında isə iki ölkənin xarici işlər nazirlikləri səviyyəsində aparılan danışıqlar prosesin bir az irəliləməsinə imkan yaradıb. Hazırda isə, bu imkanların inkişaf etdirilməsi və danışıqların axarının müəyyənləşdirilməsi məqsədilə vasitəçilər - ATƏT-in Minsk qrupunun həmsədrləri regionda səfərdədir.
Əsas diqqət tərəflərin danışıqların əsasını təşkil edən Madrid prinsiplərinə verəcəyi reaksiyaya yönəlib. Yeri gəlmişkən, qeyd edək ki, yenilənmiş Madrid prinsipləri də əvvəlki sənədlərdə əksini tapdığı kimi, münaqişənin mərhələli həllini özündə ehtiva edir. Bu mərhələnin ilki isə işğal edilmiş bəzi rayonlarımızın azad olunmasını təmin edəcək. Bu haqda yayılan rəsmi məlumatlarda göstərilir ki, ilk növbədə, Ermənistan qoşunlarını 5 rayondan, üstəgəl Laçının 13 kəndindən çıxarmalıdır. Sonra kommunikasiyalar açılmalı, donor konfransı elan olunmalı, torpaqlar bərpa edilməli, məcburi köçkünlər geri qayıtmalı, regionda sülhməramlı müşahidəçilər yerləşdirilməlidir. Daha sonra erməni qoşunları Laçın və Kəlbəcərdən çıxarılmalı və azərbaycanlı icmasının Dağlıq Qarabağa qayıdışı təmin olunmalıdır. Yalnız bütün bu mərhələlərin uğurla və planlaşdırıldığı zaman şəkildə icra olunmasından sonra Dağlıq Qarabağın statusu erməni və azərbaycanlı əhalinin iştirakı ilə həllini tapa bilər. Status məsələsinin həllində də beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutulmalıdır. Belə ki, bu istiqamətdə qəbul olunmuş istənilən qərarda da bəşəriyyətin və dünya dövlətlərinin təhlükəsizliyinin təmin olunmasına xidmət edən ən önəmli formula olan ərazi bütövlüyü prinsipi nəzərə alınmalıdır. Təbii ki, Azərbaycan ölkəmizin rəhbər tutduğu pinsiplərə və maraqlarımıza cavab verən bu təkliflər üzrə danışıqların davam etdirilməsinə tərəfdar olduğunu bildirib və təkliflərlə demək olar ki, razılaşdığını ifadə edib. Rəsmi Bakının bu mövqeyini ifadə edən xarici işlər naziri Elmar Məmmədyarov da vurğulayıb ki, əgər İrəvan da həmsədrlərin təklif etdiyi Madrid prinsiplərini qəbul edərsə, o zaman Azərbaycanla Ermənistan arasında böyük sülh sazişi üzərində işləməyə imkan yaranacaq. Onun sözlərinə görə, Azərbaycan sənəddəki bəzi məqamları qəbul edib. Amma bir sıra məqamlar var ki, onun üzərində işləmək lazımdır.
Lakin rəsmi Bakının bütün konstruktiv addımlarına və sülhpərvər mövqeyinə baxmayaraq, rəsmi İrəvan yenə də müxtəlif yollarla danışıqlardan yayınmağa çalışır. İrəvan rəsmilərinin bəyanatlarından da açıq şəkildə göründüyü kimi, ermənilər münaqişənin məhz sadalanan və yenilənmiş Madrid prinsiplərində əksini tapan detallar üzrə həllinə əngəl olmaq üçün vaxt udmağa çalışır. Əvvəlcə, bir aydan da artıq vaxt ərzində yeni prinsiplərə münasibət bildirilməməsi, sonra isə təklifləri müəyyən qəbulolunmaz şərtlər qarşılığın qəbul etdiklərini bəyan etməsi Ermənistanın artıq adət etdiyimiz qeyri-konstruktiv, beynəlxalq hüquqa sığmayan mövqeyinin ifadəsidir. Amma bunun da heç bir faydası olmadığını da qeyd etməliyik. çünki artıq nə 1990-cı illərin ağır dövrlərini yaşayırıq, nə də Ermənistan dövləti xarici havadarlarından o dövrki dəstəyi ala bilir. Həmçinin, sahib olduğu güclü iqtsadiyyatı, qüdrətli ordusu və cəmiyyət arasındakı həmrəylik və birlik hesabına Azərbaycan istənilən halda torpaqlarını işğaldan azad edə bilər. Sirr deyil ki, müasir dünyanın mənzərəsini və hadisələrin axarını müəyyənləşdirən “güc” amili artıq ölkəmiz üçün də yad bir anlayış deyil. Azərbaycan geridə qoyduğumuz tarixi dövr ərzində üzərinə götürdüyü missiyaları yüksək səviyyədə icra edərək və vəzifələrini yerinə yetirərək hansı gücə sahib olduğunu təsdiqləyib. İqtisadi inkişaf, ölkənin əldə etdiyi iqtisadi nailiyyətlər digər sahələrdə də yüksək qələbələrin əldə olunmasına şərait yaradır. Bu mənada ölkəmizin iqtisadi gücünün artması bir nömrəli problem olan Dağlıq Qarabağ münaqişəsinin həllinə də zəmin hazırlayır. Məhz bu zəmindən yararlanaraq Azərbaycan ən qısa zamanda münaqişənin yekun həllinə nail olmaqda qərarlıdır. Təbii ki, bunun hansı formada reallaşacağı gələcək proseslərdən asılı olacaq. Əgər Ermənistan onlar üçün yaradılmış bu qızıl fürsətdən istifadə edib münaqişənin sülh yolu ilə həllinə razılıq verərsə və addımlarını bu yöndə atarsa təbii ki, hərb variantına əl atmağa ehtiyac qalmayacaq. Yox əgər, İrəvan hakimiyyəti 20 ildir sərgilədiyi mövqeni qoruyacaqsa, onda ermənilərin “cin iynədən qorxan” kimi qorxduğu hərb ehtimalı qaçılmaz və hətta labüd olacaq. Amma Azərbaycan hələ də ümid edir ki, buna müraciət etməyə ehtiyac qalmayacaq.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

