Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev İraqın ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev İraqın ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

11.11.2010 [13:49]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İraq Respublikasının ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Azərbaycanla İraq arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyini, bir-birinə daim qarşılıqlı dəstək verdiyini qeyd edən Prezident İlham Əliyev bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı bu sahədə əlaqələrimizi inkişaf etdirmək üçün geniş imkanların olduğunu deyib və bu imkanlardan səmərəli istifadə etməyin zəruriliyini vurğulayıb.
Prezident İlham Əliyev iqtisadi sahədə əlaqələrimizin irəli aparılmasında qonağın ölkəmizə səfərinin mühüm rol oynayacağını deyib. Dövlətimizin başçısı İraq Respublikasının ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin ölkəmizdə keçirəcəyi çoxsaylı görüşlər barədə məlumatlı olduğunu bildirərək, bu görüşlərin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.
İraq Respublikasının ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safi İraq Prezidenti Cəlal Talabaninin və İraqın Baş naziri Nuri Əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Prezident İlham Əliyevi Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər münasibətilə təbrik edib. İraqın ticarət naziri Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə, xüsusilə də, iqtisadi sahədə əməkdaşlığın inkişafına böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısı İraq Prezidenti Cəlal Talabaninin və Baş nazir Nuri Əl-Malikinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İraq Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Paylaş:
Baxılıb: 938 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30