Azərbaycanla yeni qaz sazişləri imzalamaq istəyən dövlətlərin sayı artır
09.12.2010 [10:03]
Dünya enerji bazarında əsas tədarükçülərdən biri kimi mövqeyini möhkəmləndirən Azərbaycanla yanacaq nəqli sahəsində əməkdaşlıq edən dövlətlərin sayı artmaqda davam edir. Avropa dövlətlərinin bir çoxu ilə yanacaq nəqlinə dair sazişlər imzalamış Azərbaycanın tərəfdaşlarının sırasına daha bir ölkə qoşulub. Ukrayna hökuməti respublikamızdan maye qazın alınmasına dair anlaşma memorandumunu təsdiq edib. Sazişə əsasən, Azərbaycan Qara dəniz vasitəsilə Ukraynaya maye qaz tədarükünə başlayacaq. Artıq bununla bağlı layihənin texniki-iqtisadi əsaslandırma işlərinə start verilib. Bu məqsədlə, Qara dəniz hövzəsinə çatdırılacaq qazın saxlanması üçün terminal tikiləcək və yanacaq buradan Avropa dövlətlərinə nəql olunacaq.
Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, respublikamız Ukraynaya ildə təxminən 5 milyard kubmetr maye qaz tədarük edəcək. Yanacağın bir hissəsi Ukraynanın öz ehtiyacları üçün sərf olunacaq, qalan hissəsi isə Avropa dövlətlərinə ixrac ediləcək. Gələcəkdə bu ölkənin ərazisindəki mövcud qaz nəqli infrastrukturlarının yenidən qurulması nəzərdə tutulur ki, bu da Ukraynanın Avropadakı digər ixrac sistemləri şəbəkəsinə qoşulması deməkdir. Ən əsası isə odur ki, Ukrayna Azərbaycanın müəllifi olduğu AGRİ layihəsinə qoşulmaq imkanı qazanır. Bunu həm rəsmi Kiyev, həm də ölkəmizin enerji qurumlarının nümayəndələri də istisna etmirlər. Məsələn, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, Ukrayna AGRİ layihəsinə qoşulmaq və qarşıdakı mərhələdə layihənin tərəfdaş ölkəsi kimi infrastrukturların yaradılmasında iştirak etmək niyyətini ifadə edib. Artıq Ukraynanın magistral qaz təsərrüfatı üzrə milli korporasiyası hökumətlə Qara dəniz ətrafında terminal şəbəkəsinin qurulmasını müzakirə etməkdədir. Maye qazı qəbul etmək üçün Odessada iri terminalın tikintisi planlaşdırılır.
Ukrayna Azərbaycanın maye qazının Qara dəniz vasitəsilə Mərkəzi Avropanın digər ölkələrinə nəqlini nəzərdə tutan layihəyə qoşulmaq istəyir. Yəni, AGRİ layihəsinin ixrac şəbəkəsinin genişləndirilməsini təklif edir. Qeyd edək ki, AGRİ layihəsi yanacağın üç variantda nəqlini nəzərdə tutur. Birinci mərhələdə hər il iki milyard kubmetr Azərbaycan qazı ixrac olunacaq. Sonrakı mərhələdə yanacağın nəqli beş milyard kubmetrə çatdırılacaq. üçüncü mərhələdə isə qazın səkkiz milyard kubmetr nəqli planlaşdırılır. Ukraynanın bu layihəyə qoşulmasından sonra nəql marşrutunun gücü daha da artmış olur. Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko qeyd edib ki, Odessada maye qazın idxalı üzrə terminal tikildikdən sonra ildə 10 milyard kubmetr Azərbaycan qazını nəql etmək mümkün olacaq.
Onu da nəzərə alsaq ki, bu layihənin əsas iştirakçılarından biri olan Macarıstan da AGRİ layihəsinin genişləndirilməsini təklif edir, rəsmi Budapeşt Rumıniyanın Konstansa limanından terminallar vasitəsilə yanacağı əldə etməyi düşünür. Eyni zamanda, Macarıstan qazın öz nəql kəmərləri ilə qonşu dövlətlərə çatdırılmasını da məqsədəuyğun hesab edir. Artıq Macarıstan öz nəql infrastrukturlarını qeyd olunan layihənin texniki-iqtisadi şərtlərinə uyğunlaşdırmağa başlayıb. Macarıstan ötən ay Rumıniya ilə yeni qaz kəmərini istismara verib. Bu kəmər Mərkəzi və Şərqi Avropada ən rentabelli enerji bağlantısı sayılır. Bu kəmərlə Azərbaycan qazını nəql etmək mümkündür. Yəni, həmin kəmər AGRİ layihəsinin ən vacib tranzit komponentlərindən biri sayıla bilər.
Macarıstanla yanaşı, Bolqarıstan da region üçün ən mühüm layihə olan AGRİ-yə qoşulmaqda maraqlı olduğunu diqqətə çatdırıb. Bolqarıstan Rusiya və Yunanıstanla birgə Burqas-Aleksandrapolis yanacaq dəhlizinə dair saziş imzalasa da, Xəzər regionundan Avropaya qaz tədarükü marşrutunu, yəni AGRİ-ni ən perspektivli sayır. Hətta bolqarlar Avropa üçün prioritet hesab edilən NABUCCO kəmərindən daha inamlı layihə kimi AGRİ-ni görürlər. Onların fikrincə, NABUCCO-nun əsas tədarükçülərindən hesab olunan Türkmənistanın AGRİ-yə qoşulmaq marağı böyükdür. Bu isə maye qaz marşrutunun daha tez işə düşməsini və rentabelliyini şərtləndirir. AGRİ Xəzər-Qara-Aralıq dənizlərinin əhatə olunduğu hövzənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməklə yanaşı, yeni strateji əməkdaşlıq platformalarının yaradılmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə təkan verəcək. Yeni enerji layihələri geoiqtisadi əhəmiyyəti ilə yanaşı, bir sıra mühüm tərəfləri ilə bu ölkələrin əhatə etdiyi coğrafiyada yeni geosiyasi münasibətlər sistemi və təhlükəsizlik balansının formalaşmasına real zəmin yaradacaq. ümumiyyətlə, AGRİ layihəsi işə düşdükdən sonra Azərbaycanın enerji resursları Avropa bazarlarına, xüsusən də, Mərkəzi, Şərqi Avropa və Balkan ölkələrinə çıxarılacaq. ölkəmiz Avropada vahid qaz şəbəkəsinin yaradılmasının təşəbbüskarı kimi mühüm geosiyasi üstünlüyə malik olacaq.
Göründüyü kimi, Azərbaycanın qaz ehtiyatlarının artması və yeni yataqlardakı resurslar barədə ürəkaçan proqnozların təsdiq edilməsi xarici ölkələrin respublikamızdan qaz əldə etmək maraqlarını gücləndirir. Bir neçə gün əvvəl yanacaq sənayesində ən mühüm bloklardan hesab olunan “ümid” yatağının kəşf edilməsi və bu perspektiv blokda hasilat işlərinə, hazırlıq işlərinə başlanılması Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlıq meyillərini daha da artırıb. Buna görə də, ölkəmizlə yeni qaz sazişləri imzalamaq istəyən dövlətlərin sayı artmaqdadır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

