Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlət başçısı İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Dövlət başçısı İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

20.01.2011 [09:31]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Toyli Komekovun etimadnaməsini qəbul edib. Səfir Toyli Komekov fəxri qarovul dəstəsinin qarşısından keçib. Toyli Komekov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında  fəal əməkdaşlığın həyata keçirildiyini, siyasi münasibətlərimizin yaxşı səviyyədə olduğunu, iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin dinamizminin bundan sonra da qorunacağına, dost və qardaş xalqlarımız arasında münasibətlərin gündəliyinin genişlənəcəyinə və bu münasibətlərin daha da irəli gedəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Toyli Komekovun Azərbaycandakı  diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və səfirə fəaliyyətində uğurlar arzulayıb. Səfir Toyli Komekov  Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Toyli Komekov səfir kimi Azərbaycanda fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirib. O, əvvəllər Xəzər məsələsi ilə bağlı azərbaycanlı həmkarları ilə Bakıda çalışdıqlarına toxunaraq Azərbaycanın sədrliyi ilə Xəzəryanı ölkələrin Bakı sammitinin yüksək səviyyədə təşkil olunduğunu və bu sammitdə imzalanan  hüquqi sənədin əhəmiyyətini xüsusi vurğuladı. Dövlətimizin başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun  salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 911 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30