Əhalinin sudan istifadəyə görə olan borcları silinəcək
02.04.2011 [12:16]
Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi inkişaf strategiyası nəticəsində büdcə vəsaitlərinin artması kompleks islahatların reallaşdırılmasına, həmçinin, əhalinin həyat şəraitinin və sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən islahatlar və dövlət proqramları davamlı olmaqla yanaşı, yeni-yeni sahələrin inkişafına da təkan verməkdədir. Məsələn, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında nəzərdə tutulmamış və həll edilməmiş məsələlərin gerçəkləşdirilməsi 2009-2013-cü illəri əhatə edən analoji proqramda öz əksini tapıb.
Məlumat üçün deyək ki, Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün qarşıdakı müddətdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi, yoxsulluğun və işsizliyin səviyyəsinin azaldılması və digər zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, paytaxtın qəsəbələrinin inkişafı da başlıca məqsədlərdən hesab olunur.
Yeri gəlmişkən, martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı müvafiq tapşırıqlar verib. Eyni zamanda, inkişaf proqramlarının gedişi ilə mütəmadi yaxından tanış olan və bu prosesdə ictimai nəzarətin artırılmasının vacibliyini də vurğulayan dövlət başçısı martın 31-də Sabunçu və Suraxanı rayonlarında olub. Rayon ictimaiyyəti ilə görüşdə Prezident İlham Əliyev paytaxtın yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, təbii qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər infrastruktur və kommunal sahələrin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin və yenidənqurma işlərinin bundan sonra da davam etdiriləcəyini və bu məqsədlə xüsusi dövlət proqramı üzərində işlərin getdiyini bildirib. Dövlət başçısı həmçinin, elektrik enerjisi və qazla təminatı probleminin, Bakıətrafı ərazilərdə içməli su məsələsinin həlli istiqamətində uğurların əldə edildiyini vurğulayaraq, əhalinin sudan istifadəyə görə borclarının silinəcəyini bildirib: “İçməli su ilə bağlı keçmişdən yığılmış borclar vardır. Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər vardır. çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək”.
Qeyd edək ki, ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edən bu addımlar davamlı xarakter daşıyır. Belə ki, dövlət başçısı bir müddət əvvəl istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə müvafiq Sərəncam imzalayıb. Həmin sənədə əsasən, istehlak edilmiş təbii qaza görə, əhalinin 1 oktyabr 2009-cu il tarixinədək “Azəriqaz” İstehsalat Birliyinə olan 327 milyon manat məbləğində borcları silinib. Prezidentin Sabunçu və Suraxanı rayonlarında ictimaiyyətlə görüşləri zamanı qeyd etdiyi kimi, əhalinin suya olan borcları da bundan sonra ödənilmək şərti ilə qaza olan borclar kimi silinəcək. Dövlət başçısı onu da bildirib ki, Azərbaycanda kommunal xidmət növləri digər ölkələrə nisbətən ucuzdur: “Azərbaycanda su və qaz tarifləri bu bölgədə, demək olar ki, ən aşağı səviyyədədir. Qaz tarifləri qonşu ölkələrlə müqayisədə ən azı 3 dəfə aşağıdır. Biz bunu ona görə edirik ki, əhalinin üzərinə daha da az yük düşsün”.
Beləliklə, görünən odur ki, ölkənin bütün bölgələrini əhatə edən və davamlı xarakter alan inkişaf prosesi infrastruktur və sosial məsələlərin tamamilə öz həllini tapmasına səbəb olacaq.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

