Azərbaycan-Çexiya əlaqələri çox uğurla inkişaf edir
18.05.2011 [09:05]
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan çexiya Respublikasının Prezidenti Vatslav Klausun rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və çexiya Respublikasının Prezidenti Vatslav Klausun təkbətək görüşü olub.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlət başçıları ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər.
Prezidentlər Azərbaycan-çexiya münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və çexiya Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüşün iştirakçılarına müraciətlə deyib: “Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən Sizi bir daha Azərbaycanda salamlamaq istəyirəm. Bu, Sizin ölkəmizə ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaqdır. Biz gündəliyimizdə olan müxtəlif mövzular, ikitərəfli münasibətlərimizə, o cümlədən Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa aid çox yaxşı müzakirələr apardıq. Əminəm ki, səfər və onun nəticələri əlaqələrimizi daha da gücləndirəcəkdir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət veririk. Əlaqələrimiz çox uğurla inkişaf edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin bir çox səfərləri həyata keçirilmişdir. Əlbəttə ki, cənab Prezidentin rəsmi səfəri münasibətlərimizin ən vacib məqamıdır. Əminəm ki, səfər əməkdaşlığımızın siyasi, iqtisadi, mədəni və enerji sahələrində olduqca fəal şəkildə inkişafı ilə nəticələnəcəkdir. Bir sözlə, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir. ümid edirik ki, səfər nəticəsində ölkələrimizin işgüzar dairələri bir yerə toplaşacaqlar və birgə biznes aparmaq imkanlarını araşdıracaqlar. Mən Sizi bir daha salamlayıram və çox şadam ki, proqramınız çərçivəsində Siz Azərbaycan rayonlarının birinə səfər edəcəksiniz. Vacibdir ki, nəinki, paytaxtla, o cümlədən regional inkişafla da tanış olasınız. ümid edirəm ki, Sizin yaxşı təəssüratlarınız olacaqdır. Bir daha xoş gəlmisiniz”.
çexiya Prezidenti Vatslav Klaus səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib: “Sağ olun cənab Prezident! Mən artıq öncə Sizə dedim və yeri gəlmişkən, onu deməliyəm ki, biz cənab Prezidentlə artıq bütün problemləri həll etmişik. Yenidən davam etməyə, məncə, ehtiyac yoxdur. Bizim dostluq mühitində keçmiş intensiv və səmərəli danışıqlarımız olub. Mən sadəcə təkrar etmək istəyirəm ki, dəvətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu səfərə artıq uzun müddət idi ki, hazırlaşırdım. Hesab etdim ki, əgər dünyanın bu bölgəsinə, bu regiona və bu ölkəyə səfər etməsəm, onda gündəliyim dolğun olmazdı. Biz o faktı dəyərləndiririk ki, ölkələrimiz arasında münasibətlər son bir neçə il ərzində daha da intensivləşir. Bir sıra siyasətçilərin və iş adamlarının həyata keçirilmiş səfərləri çox müsbət haldır. ümid etmək istəyirəm ki, bu gün imzalanacaq sənədlər əməkdaşlığımıza əlavə təkan verəcəkdir”.
Prezident İlham Əliyevin və Prezident Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-çexiya sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və çexiya Respublikası Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsinin prezidenti Milan Holeçek, “Azərbaycan Respublikası Hökuməti və çexiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”i Azərbaycanın çexiyadakı səfiri Tahir Tağızadə və çexiyanın Azərbaycandakı səfiri Radek Matula, “Azərbaycan Respublikası və çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın çexiyadakı səfiri Tahir Tağızadə və çexiyanın Azərbaycandakı səfiri Radek Matula imzalayıblar.
Azərbaycan-çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və çexiya Prezidenti Vatslav Klaus mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, tərəflər arasında yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur: “ölkələrimiz arasında siyasi münasibətlər uğurla inkişaf edir. çexiya Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri daha da güclənən siyasi dialoqun göstəricisidir və digər sahələrdə də münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkan yaradır. İqtisadi əlaqələrin inkişafına hər iki tərəf böyük maraq göstərir. Bu gün biz çexiya-Azərbaycan biznes forumunda iştirak edəcəyik. Bilirəm ki, çexiya iş adamlarından ibarət böyük nümayəndə heyəti cənab Prezidenti müşayiət edir. Əminəm ki, işgüzar dairələr birgə işləmək üçün bir çox imkanlar əldə edəcək, sərmayə və birgə layihələrin həyata keçirilməsi imkanlarını araşdıracaqlar. Münasibətlərimizin, həmçinin regional ölçüsü də vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, həmçinin ikitərəfli münasibətlərimizin bir hissəsidir”.
Prezident İlham Əliyev regional əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirə edildiyini vurğulayıb.
Dövlətimizin başçısı söyləyib ki, münasibətlər olduqca güclü tərəfdaşlıq ruhunda inkişaf edir.
çexiya Prezidenti Vatslav Klaus isə Azərbaycan dövləti başçısının iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olması və dostluq xarakteri daşıması fikri ilə tam razı olduğunu vurğulayıb. O, bunun aparılan danışıqlarda da özünü qabarıq büruzə verdiyini bildirərək deyib: “Mən sadəcə onu təkrar etmək istəyirəm ki, ölkənizə səfərimlə Azərbaycan və çexiya xalqlarına aydın işarə verirəm ki, biz Azərbaycan-çexiya, çexiya-Azərbaycan əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə genişləndirilməsində olduqca maraqlıyıq. Bu, mənim üçgünlük səfərimin əsas məqsədi və marağını təşkil edir.
Cənab Prezident, biz buraya açıq ürəklə gəlmişik. Biz buraya ölkənizi daha yaxından tanımaq, anlamaq üçün gəlmişik”.
Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə məlumatlı olduqlarını bildirən çexiya dövlətinin başçısı paytaxt Bakı ilə yanaşı, regionlardakı inkişafı da görmək imkanından məmnun qaldıqlarını deyib. Prezident Vatslav Klaus Azərbaycan-çexiya münasibətlərinin daha da inkişafı ilə bağlı bir sıra məsələlər barədə də fikirlərini diqqətə çatdıraraq bildirib: “Ermənistanla olan ağrılı münaqişədən xəbərimiz vardır və bu münaqişənin həllinə kiçik də olsa, öz yardımımızı etmək istərdik. Avropa İttifaqının son “Şərq Tərəfdaşlığı” Proqramına da xüsusi diqqət yetiririk. çexiya Respublikası bu ideyanın ərsəyə gəlməsində təşəbbüskarlarından biri olub. İki il bundan öncə “Şərq Tərəfdaşlığı” Proqramı ilə bağlı Praqada görüş keçirildi və biz o zaman orada görüşdük. Cənab Prezident, Sizə həmin vaxt söz verdim ki, səfər edəcəyəm və budur, bu gün artıq buradayam. Cari ilin sonunda Varşavada keçirilməsi nəzərdə tutulan Şərq tərəfdaşlığı Sammitini səmimiyyətlə arzulayırıq. ümid edirəm ki, bu tədbir Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri daha da inkişaf etdirəcəkdir.
Cənab Prezident, Sizi əmin edə bilərəm ki, ölkələrimiz arasında münasibətlər, o cümlədən Avropa ilə Azərbaycan arasında olan əlaqələr bizim marağımızdadır”.
Dünən Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və çexiya Prezidenti Vatslav Klausun iştirakı ilə Azərbaycan-çexiya biznes forumu keçirilib. Dövlətimizin başçısı çexiya Prezidenti Vatslav Klausu qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev və çexiya Prezidenti Vatslav Klaus forumda nitq söyləyiblər.
Forumdan sonra prezidentlər İlham Əliyev və Vatslav Klaus Dənizkənarı milli parkda paytaxtın mənzərəsini seyr ediblər. çexiya Prezidentinə son illərdə sürətlə inkişaf edən Azərbaycanın paytaxtında görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib.
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və çexiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən biznes forumda hər iki ölkənin dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, maliyyə, neft-qaz, səhiyyə, tikinti, informasiya və kommunikasiya texnologiyaları, energetika, maşınqayırma və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.
Sayca üçüncü olan biznes forumda Azərbaycanın biznes və investisiya imkanları barədə təqdimatlar keçirilib.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Fondla tanışlıq zamanı Prezident Vatslav Klaus və xanımı Liviya Klausovaya məlumat verilib ki, Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq və xanımı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Vatslav Klaus Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. çexiya dövlətinin başçısına Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olunub.
Ali qonaq və xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıblar.
Prezident Vatslav Klaus Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanını da ziyarət edib.
Sonra çexiya dövlətinin başçısı Milli Məclisin sədri ilə görüşüb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01

