Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.06.2011 [09:52]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycanda keçirilən “Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası” 18-ci  Beynəlxalq sərgisinin önəmi qeyd edildi və bu sərginin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Prezident İlham Əliyev və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, xüsusilə də enerji sahəsində uğurlu inkişafından məmnunluqlarını bildiriblər və bu əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı ətrafında fikir mübadiləsi aparıblar.
Dövlətimizin başçısı Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Avropa Komissiyasının sədrinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 974 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30