Azərbaycan regionda çox güclü hərbi sənaye kompleksinə malikdir
21.06.2011 [10:00]
Azərbaycanda müdafiə sənayesinin inkişafı ilə bağlı həyata keçirilən davamlı layihələr 2011-ci ildə daha geniş vüsət alıb və bu sahədə mühüm nailiyyətlər əldə olunmaqdadır. ümumiyyətlə, son illər müdafiə sənayesi bölməsinə böyük həcmdə maliyyə vəsaitləri yönəldilib ki, bu da respublikamızın hərbi-sənaye sektorunda yeni məhsulların istehsalına əlverişli imkan yaradıb. Son bir ildə Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsulların çeşidi artıb və müdafiə sənayesinə aid müəssisələrdə ən son texnologiyalara əsaslanan avadanlıqlar quraşdırılıb. Bu isə həmin müəssisələrin istehsal imkanlarının artmasına səbəb olmaqla yanaşı, ən modern hərbi məhsulların istehsal olunmasına imkan verib.
ölkəmizin istehsal etdiyi hərbi təyinatlı məhsulların çeşidi kifayət qədər genişdir. Son bir il ərzində Azərbaycan iriçaplı snayper tüfəngləri, müxtəlif təyinatlı tapançalar, iriçaplı güllələr, minaatanlar, qumbaraatanlar, aviabombalar, uzaqdan idarə olunan mina partladıcı məhsulları, piyadalar əleyhinə minalar, zirehli texnikalar və onların hissələri, radioelektron məmulatlar, elektron çap lövhələri, artilleriya minaları, optik cihazlar və digər texnikalar istehsal edib. Respublikamızın istehsal etdiyi bir sıra hərbi məhsullar bütün texniki parametrlərinə görə, dünya dövlətlərinin analoji texnikalarından üstünlüyü ilə fərqlənir. Məsələn, “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları və digər məhsullar hərbi-texniki və keyfiyyət göstəricilərinə görə, dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silahlardan hesab olunur. “İqlim”də istehsal olunan “Boran” artilleriya qurğusu, iriçaplı yarımavtomat “İstiqlal” snayper tüfəngi, piyadalar əleyhinə minalar və digər məhsulların da dünyada analoqu yoxdur. Həmin texnikalar ən çətin coğrafi-fiziki şəraitlərdə döyüş tapşırığının yerinə yetirilməsinə və qarşıya qoyulan tələblərə yüksək səviyyədə nail olmağa imkan verir. Xüsusilə də, “İnam”, “Qürur” tapançaları və “İstiqlal” snayper tüfəngi hava temperaturunun ən aşağı olduğu şəraitlərdə belə atəş dəqiqliyinə görə böyük üstünlüyə malikdir. ölkəmizə məxsus motodor və morodor tipli zirehli texnikanın ilk nümunələri də hərbi parametrlərinə görə xüsusi üstünlüyə sahibdir.
Onu da qeyd edək ki, Azərbaycanın istehsal etdiyi hərbi məhsulların beynəlxalq sərgilərdə nümayiş olunması da artmaqdadır və respublikamız dünyanın ən iri hərbi sərgilərində ən yüksək səviyyədə təmsil olunur. Məsələn, Azərbaycan son bir ildə dünyanın ən böyük hərbi sərgilərindən olan SOFEX, AAD-Afrika Aerospace Defence və İDEF beynəlxalq sərgilərində iştirak edib. Həmin sərgilərdə respublikamıza məxsus ən son nəsil texnologiyalarla hazırlanmış hərbi məhsullardan “İstiqlal” tipli 14,5 və 12,7 mm çaplı snayper tüfəngləri, müxtəlif təyinatlı tapançalar, iriçaplı güllələr, minaatanları, qumbaraatanlar, aviabombalar, uzaqdan idarə olunan mina partladıcı məhsullar, “Paramount Group” şirkəti ilə birgə istehsal edilən zirehli texnikalar, radioelektron məmulatları, elektron çap lövhələri və digər texnikalar nümayiş etdirilib. Bundan başqa, respublikamız indiyədək dünya ölkələrinə təqdim olunmayan “İqlim” və “Dalğa” elm-istehsalat müəssisələrində hazırlanmış ən modern və analoqu olmayan hərbi təyinatlı məhsullarını sərgiyə çıxarıb.
Təkcə, ötən ay Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2011” X Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan 89 adda müdafiə təyinatlı məmulatla təmsil olunub. Azərbaycanın sərgidə təqdim etdiyi məhsullar sırasına yüngül atıcı silahlar, onların müxtəlif kalibrli döyüş sursatları, minaatanlar, onlar üçün müxtəlif kalibrli minalar, reaktiv mərmilər, elektronika sənayesində istifadə olunan müxtəlif laylı çap lövhələri üstünlük təşkil edib. Eyni zamanda, Azərbaycanla Cənubi Afrika Respublikasının birgə istehsalı olan “Matador” və “Marauder” tipli zirehli maşınlar da sərgidə nümayiş etdirilib. Onu da qeyd edək ki, sərgi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin qabaqcıl şirkətləri arasında top, minaatan, snayper tüfəngi və gecəgörmə cihazlarının birgə istehsalına dair niyyət protokolları imzalanıb.
Azərbaycanın hərbi sənayesinin yüksək inkişafı eyni zamanda, xarici dövlətlərin bu sahəyə marağını ilbəil artırır və ölkəmizlə müdafiə sənayesi bölməsində sıx əməkdaşlıq edənlərin sayı durmadan çoxalır. Son bir ildə Azərbaycanla hərbi sahədə əməkdaşlığı gücləndirmək və ölkəmizə məxsus silah-sursatları, texnikaları əldə etmək istəyən dövlətlərin sayı əhəmiyyətli dərəcədə çoxalıb. Bu gün Azərbaycanın istehsal etdiyi “Zəfər”, “Zəfər-K” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları, “Boran” artilleriya qurğusu, “İstiqlal” snayper tüfəngi, piyadalar əleyhinə minalar, motodor və morodor tipli zirehli texnikalar xarici dövlətlərin ən çox üstünlük verdiyi hərbi məhsullar hesab olunur. Artıq Azərbaycanın xarici dövlətlərə hərbi təyinatlı məhsulların ixracına başlayıb. Amerika ötən il Azərbaycandan minaatanlar, PKM pulemyotları, iri çaplı patronlar, minaatanlar üçün döyüş sursatları, qumbaraatanlar üçün sursatlar almaq üçün sifarişlər verib.
Respublikamız hazırda daha yeni növ hərbi təyinatlı məhsulların istehsalına hazırlaşır. Artıq bu ildən etibarən ölkəmizdə T-55 tanklarının şassisi üzərində yeni zirehli döyüş maşınlarının yaradılması layihəsinə başlanacaq. Hazırda ölkəmiz Pakistan, çexiya, Türkiyə, Cənubi Koreya, Belarus, Ukrayna, İordaniya, Polşa və digər dövlətlərlə müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlıq etməkdədir. Həmin ölkələrlə birgə optik cihaz və naviqasiya sistemlərinin, helikopterlərin, zirehli tank və aviasiya texnikasının, artilleriya sistemlərinin, radiolokasiya stansiyalarının və zenit-raket komplekslərinin, kiçik döyüş gəmilərinin istehsalı planlaşdırılır. Bütün bu faktorlar hərbi sənaye potensialını möhkəmləndirən Azərbaycanın bir neçə ildən sonra regionda və xarici bazarlarda hərbi təyinatlı məhsullar ixracatçısı kimi tanınmasına səbəb olacaq. Respublikamızın hərbi-müdafiə qabiliyyətinin artması və Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmlənməsi isə Ermənistanın işğal etdiyi torpaqların hərbi yolla azad olunmasına imkan verir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03

