Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

08.09.2011 [10:35]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru  Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qubernator Aleksandr Jilkin ötən il Azərbaycan Prezidenti İlham Əliyevin  Həştərxan vilayətinə uğurlu səfərini xatırlayaraq həmin səfər zamanı müzakirə olunan məsələlərin önəmini qeyd edib. Aleksandr Jilkin Həştərxan şəhərində Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldıldığı parkın  şəhər sakinlərinin sevimli istirahət mərkəzlərindən biri olduğunu deyib.
Görüşdə Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında iqtisadi, humanitar, sosial, turizm və nəqliyyat  sahələrində  uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə edilib, əməkdaşlığımızın bundan sonra daha da genişlənəcəyinə əminlik bildirilib.

Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30