Azərbaycan həqiqi mənada müstəqil ölkə kimi inkişaf edir
01.06.2012 [22:10]
Tam əminliklə söyləmək olar ki, bu gün Azərbaycan xalqının sahib olduğu ən böyük nemət və xoşbəxtlik müstəqil dövlətinin mövcudluğudur. Müstəqillik əldə olunması qədər qorunması da çətin olan bir imkandır. Azərbaycanın 1918-1920-ci illər tarixi göstərdi ki, müəyyən tarixi şəraitdə yaranan əlverişli şərait müstəqil dövlətin qurulmasına kömək edə bilər. Lakin dövlətin suverenliyinin mürəkkəb regional və beynəlxalq mühit, daxili ziddiyyətlər şəraitində qorunub saxlanması daha çətin və məsuliyyətli işdir. Bu baxımdan, sevindirici haldır ki, Azərbaycan XX əsrin sonlarında eyni aqibəti yaşamadı. Tarixin yaratdığı növbəti imkanın, həmçinin, azadlıq yolunda canından keçən insanların mərdliyi sayəsində Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyə qovuşdu. Lakin müstəqilliyini elan edər-etməz Azərbaycanın başının üstünü qara buludlar aldı. Azərbaycanı müstəqil dövlət kimi görmək istəməyən qüvvələr yeni yaranmış respublikaya həm daxildən, həm də xaricdən zərbə vurmağa başladılar. Belə bir vəziyyətdə o zamankı rəhbərliyin siyasi səriştəsizliyi və bir sıra hallarda xəyanətkarlığı nəticəsində Azərbaycan dövləti məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Digər tərəfdən, tez-tez dəyişən hakimiyyətin müxtəlif istiqamətlərə ifrat dərəcədə meyilləndiyi, ölkə iqtisadiyyatının dərin böhran keçirdiyi, nizami ordunun olmadığı 1991-1993-cü illərdə dövlətin həqiqi müstəqilliyindən danışmaq mümkün deyil.
Bu baxımdan, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtdığı 1993-cü il müstəqil Azərbaycanın tarixinə dönüş ili kimi həkk olundu. ölkənin inkişaf istiqamətinin, daxili və xarici siyasətinin konturlarının, milli maraq və mənafelərinin dəqiq müəyyənləşdirilməsi sayəsində respublikanın gələcəyi ilə bağlı bir çox qeyri-müəyyənliklər aradan qaldırıldı. Bundan əlavə, Azərbaycan rəhbərliyi prioritet sahələr olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkənin təbii sərvətlərindən istifadə, yeni siyasi, iqtisadi, sosial, hərbi transformasiya və digər məsələlərdə siyasi iradə nümayiş etdirdi. Xaricdən və daxildən göstərilən bütün təzyiqlərə, hədələrə baxmayaraq, Azərbaycan öz yolundan dönmədən inamla irəlilədi. Bunun da nəticəsi olaraq, biz Azərbaycanın bugünkü sürətli inkişafının şahidi oluruq.
Müstəqilliyin qazanılmasından keçən 20 il göstərdi ki, bu müddətdə dövlətçiliyimiz nəinki qorunub saxlanılıb, hətta daha da gücləndirilərək təkcə formal institusional baxımdan deyil, həm də iqtisadi, siyasi cəhətdən də müstəqilliyə nail olub. Bu günlərdə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda nitq söyləyən Prezident İlham Əliyev vurğulayıb ki, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: “Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır”.
Dövlət başçısı, həmçinin, qeyd edib ki, Azərbaycanın bu illər ərzindəki ən böyük uğuru müstəqillik yolundan dönməməsindən ibarətdir: “Müstəqillik sadəcə olaraq, dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük olmayan ölkələr üçün bu, daha aktualdır. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır. Bizim təcrübəmiz onu göstərir ki, bu, mümkündür”.
Bu gün həqiqətən də Azərbaycanın müstəqil siyasəti göz önündədir. Xarici siyasi əlaqələrini Azərbaycan milli maraqları və beynəlxalq hüquq normaları çərçivəsində qurur. Respublikamız siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, ölkəmizin iqtisadi gücü elə bir səviyyəyə çatıb ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edən Azərbaycan iqtisadi gücünə görə regionda liderdir. ölkədə, həmçinin, əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur.
Azərbaycan bütün təzyiqlərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında da prinsipial mövqe nümayiş etdirir. Dağlıq Qarabağ və ətrafında 7 rayonun işğaldan azad edilməsi Azərbaycan xarici siyasətinin başlıca istiqaməti olaraq qalmaqdadır.
Başqa mühüm bir cəhət ondan ibarətdir ki, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması başqa ölkələr tərəfindən qəbul edilir. ötən ilin sonlarına doğru Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin artan siyasi nüfuzundan xəbər verdi. Doğrudur, hələ də Azərbaycanın müstəqil siyasət yürütməsindən narahat olan, ölkəmizin inkişafını, güclənməsini həzm edə bilməyən qüvvələr mövcuddur. Lakin əminliklə söyləmək olar ki, onlar da Azərbaycanın qətiyyətli iradə göstərməsi nəticəsində gec-tez gerçəkliklə barışmalı olacaqlar.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43

