Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolu vurub

“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolu vurub

02.09.2024 [13:31]

“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolu vurub.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib. “Sabah”la Tovuz şəhər stadionunda keçirilən ev oyununda 2:3 hesabı ilə uduzan Gəncə təmsilçisinin ilk qolu yubiley xarakteri daşıyıb.

“Kəpəz”in 1000-ci qolunu Viktor Braqa vurub. Bu rəqəmi 1001-ə də çatdıran gəncəlilər 651-ci oyununda buna nail olub. Komandanın orta məhsuldarlığı 1,54-ə bərabərdir.

“Kəpəz” evdə 619, səfərdə 372, neytral meydanda 10 qola sevinib. Qərb təmsilçisi Azərbaycan çempionatları tarixində 1000 və daha çox qol vuran 3-cü komandadır. Yalnız “Neftçi” və “Qarabağ” daha çox fərqlənib.

Qeyd edək ki, “Kəpəz”in ilk qolunu 1992-ci il mayın 3-də “Turan”la ev oyununun (2:1) 21-ci dəqiqəsində Cavid Əhmədov vurub.

Paylaş:
Baxılıb: 388 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30