Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Liverpul”un baş məşqçisi iki oyunluq diskvalifikasiya edilib

“Liverpul”un baş məşqçisi iki oyunluq diskvalifikasiya edilib

26.02.2025 [20:31]

İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Arne Slot iki oyunluq diskvalifikasiya edilib.

AZƏRTAC İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna 46 yaşlı mütəxəssisin Premyer Liqada “Everton”la XV turdan təxirə salınmış matçdan (2:2) sonra hakimlərə qarşı qeyri-adekvat davranışı və təhqiredici ifadələr səsləndirməsi səbəb olub. Qurum, həmçinin günahını etiraf edən niderlandlı çalışdırıcını təxminən 80 min avro cərimələyib.

Qeyd edək ki, qarşılaşmanın final fitindən sonra meydanda kütləvi dava düşüb.

Paylaş:
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30