Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

17.03.2026 [12:05]

Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək. Avqustun 27-də paytaxtımızda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.

Paylaş:
Baxılıb: 320 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30