Birinci Avropa Oyunları məşəlinin Bakı estafeti başa çatıb
12.06.2015 [09:28]
Birinci Avropa Oyunları məşəlinin Bakı estafeti iyunun 11-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, məşəl paytaxt estafetinin beşinci günündə “Bakı-2015” Əməliyyat Komitəsinin (BEGOC) baş ofisinə gətirilib. Məşəli BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq daşıyıb.
S.Kleq təəssüratlarını bölüşərək deyib: “Məşəlin bizim üçün çox böyük əhəmiyyəti var. Çünki məşəl məhz bizim son dövrlərdə gördüyümüz nəhəng işlərin göstəricisidir. Hər birimizin əməyini, hisslərini və bütün xalqın coşqusunu bu məşəl vasitəsilə əks etdirməkdən məmnunuq”.
Sonra məşəl BEGOC-un baş ofisindən birinci Avropa Oyunlarının Atletlər Kəndinə aparılıb.
Burada məşəli Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə daşıyıb.
Məşəl səyahətinin sonuncu ünvanı Dənizkənarı Milli Park olub.
Alov Bakı estafeti müddətində saxlanıldığı məkandan - Qız qalasından götürülərək sonuncu dayanacağına yollanıb. Dənizkənarı Milli Parkda məşəli UNICEF-in milli səfiri, ABŞ Milli Basketbol Assosiasiyasının oyunçusu Xose Manuel Kalderondan qəbul edən “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçimiz Fərid Məmmədov onu “Sadko” limanına gətirib. Limanda F.Məmmədov məşəli alov qoruyana təhvil verib. Məşəl iyunun 12-də keçiriləcək açılış mərasiminə aparılması üçün Bakı Olimpiya Stadionuna yola salınıb. Yolasalma mərasimində möhtəşəm atəşfəşanlıq olub.
Tədbirdə iştirak edən birinci Avropa Oyunlarının rəmzləri - Ceyran və Nar mərasimə əsl bayram əhval-ruhiyyəsi qatıblar. Paytaxt sakinləri və qonaqlar Ceyran və Nar ilə xatirə şəkilləri çəkdiriblər.
“Bakı-2015”-in ulduz elçisi, məşəlçilərdən biri olan Murad Dadaşov deyib: “Bu mühüm yarış ilk növbədə, birlik və mənəvi zənginlik bayramıdır. Hesab edirəm ki, “Bakı-2015” bizi bir-birimizə daha da sıx bağladı. Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ən yüksək səviyyədə təşkil ediləcək və Avropanın, eləcə də dünyanın idman tarixində özünəməxsus iz qoyacaq. Bu idman bayramı zamanı qədim tariximizi, zəngin mədəniyyətimizi dünyaya nümayiş etdirmək olduqca mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə qısa müddət ərzində genişmiqyaslı tədbir keçirilir. Bu, o deməkdir ki, Azərbaycan yüksək səviyyədə təşkilatçılıq göstərib”.
Xəbər lenti
Hamısına baxHərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06

