Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb
04.08.2016 [10:17]
Avqustun 3-də Rio-de-Janeyrodakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samaya Məmmədova AZƏRTAC-a bildirib ki, mərasimdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, digər rəsmilər, nümayəndə heyətinin üzvləri, o cümlədən federasiyaların rəhbərləri, idmançılarımız, XXXI Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin təmsilçiləri iştirak ediblər.
Mərasimdə Braziliyanın milli rəqslərinin ifasından sonra Olimpiya himni səsləndirilib.
Olimpiya Kəndinin meri, basketbol üzrə ikiqat Olimpiya çempionu Janet Alkeyn çıxıb edərək idmançıları salamlayıb, onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov J.Alkeynə xatirə hədiyyəsi təqdim edib.
Daha sonra Azərbaycanın dövlət himninin müşayiəti ilə bayrağımız qaldırılıb.
Həmin gün Azərbaycan ilə eyni zamanda Lixtenşteyn, Kolumbiya, Çin Taypeyinin də bayraqlarının qaldırılması mərasimi keçirilib.
Mərasimdən sonra Azərbaycan nümayəndə heyətinin rəhbərləri idmançılarımızın qaldıqları otaqlarla tanış olublar.
Məlumat verilib ki, Türkiyə, Sloveniya və Portuqaliya idmançıları da Azərbaycanın olimpiyaçıları ilə bir binada qalırlar.
Baş nazirin birinci müavini Yaqub Eyyubov, nazir Azad Rəhimov və digər rəsmilər idmançılarla görüşüb, onlara uğurlar arzulayıblar.
XXXI Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi avqustun 5-də keçiriləcək. Olimpiadada ölkəmizi idmanın 18 növü üzrə 56 atlet (57 lisenziya) təmsil edir. İdmançılardan 36-sı Olimpiya Oyunlarına ilk dəfə qatılıb. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, üç hakimlə də təmsil olunacaq.
Azərbaycan XV Yay Paralimpiya Oyunlarında isə 24 idmançı ilə təmsil olunacaq. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar.
Ümumilikdə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında rekord sayda - 206 ölkədən 10 min 500 idmançı 306 dəst medal uğrunda mübarizə aparacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41

