Ceyn Pirs: AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olacaq
28.10.2016 [10:19]
Mötəbər beynəlxalq tədbirlərin və yarışların yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəyə malik AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olacaq.
Bu barədə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs ilə AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun görüşündə məlumat verilib.
Görüşdə son illər Azərbaycanda keçirilən mötəbər beynəlxalq yarışların işıqlandırılmasında və dünya miqyasında təbliğində AZƏRTAC-ın gördüyü işlər yüksək qiymətləndirilib. Ötən il ölkəmizin ev sahibliyi etdiyi “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın bu yarışları yüksək peşəkarlıqla işıqlandırdığı xüsusi vurğulanıb. Bu işdə agentliyin “Bakı-2015” Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsi, xüsusən də xanım Ceyn Pirs ilə sıx əməkdaşlığının mühüm rol oynadığı diqqətə çatdırılıb.
Söhbət zamanı IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti xüsusi vurğulanaraq, bu mötəbər tədbirin işıqlandırılması və AZƏRTAC-ın Oyunlara informasiya dəstəyi göstərməsi məsələləri müzakirə edilib.
Baş direktor Aslan Aslanov agentliyin birinci Avropa Oyunlarından sonra 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Formula-1 Avropa Qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışları geniş və operativ işıqlandırdığını qeyd edib və bunun yaxşı təcrübə olduğunu bildirib.
IV İslam Həmrəyliyi Oyunlarının işıqlandırılmasına dünyanın müxtəlif ölkələrindən peşəkar media mütəxəssislərinin cəlb olunacağını vurğulayan xanım Ceyn Pirs deyib ki, AZƏRTAC ilə rəsmi media tərəfdaşlığına dair müqavilənin imzalanması nəzərdə tutulur. O, İslam ölkələrinin həyatında mühüm rol oynayan bu mötəbər idman tədbiri barədə xəbərlərin AZƏRTAC-ın malik olduğu kanallarla dünya ictimaiyyətinə çatdırılmasında yüksək fəallıq göstərəcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27

