Kreyq Ridi: WADA-nın Bakıda keçirilən iclaslarında mühüm qərarlar qəbul olunub
16.11.2018 [09:56]
Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. Bu iclaslar çox məhsuldar keçdi və mühüm qərarlar qəbul olundu.
AZƏRTAC xəbər verir ki, bunu WADA-nın prezidenti Kreyq Ridi qurumun Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasları ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.
K.Ridi bildirib ki, Bakıda keçirilən toplantıda xeyli sayda ölkədən və qurumdan nümayəndələr iştirak ediblər. Onlar idmanda yalana və dopinqlərə qarşı ciddi mübarizə aparılması yollarını müzakirə ediblər. Bundan əlavə, İcraiyyə Komitəsində idmançıların da təmsil olunması ilə bağlı qərar qəbul edilib. Noyabrın 28-də WADA-nın nümayəndə heyəti Moskva Laboratoriyasında görülən işlərlə tanış olacaqlar. Bu, Rusiya Antidopinq Agentliyi (RUSADA) ilə WADA arasındakı sıx əməkdaşlıqdan irəli gəlir.
“Azərbaycanda xüsusi diqqətdə saxladığımız hansısa idman növləri yoxdur. Rəhbərlik etdiyim qurum mütəmadi olaraq milli təşkilatlarda auditlər aparır. Biz hər il qadağan olunmuş maddələrin siyahısını yeniləyirik. Çünki antidopinq dünyası sürətlə dəyişir. İstəyimiz odur ki, yerli təşkilatlar məcəlləyə uyğun fəaliyyət göstərsinlər. Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətindən razıyıq. Bu qurum Polşadakı təşkilatla sıx əməkdaşlıq sayəsində çox iş görüb”, - deyə K.Ridi əlavə edib.
Qeyd edək ki, Bakıda Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarında ötənilki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi dinlənilib, 2019-cu ilin noyabrında Polşada keçiriləcək İdmanda Dopinq Konfransının prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilərin qaydaları müzakirə olunub.
Mərasimdə WADA-nın müstəqil normalara riayət edilməsi komitəsinin rəhbərlərinin çıxışları dinlənilib və bu istiqamətdə qəbul edilmiş qərarlar haqqında yeni məlumatlar verilib.
Bununla yanaşı, iclasda qurumun daimi komitəsinin sədrləri tərəfindən maliyyə, tibb, təhsil və digər sahələrdə görülən işlər də müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

