Dünyanın diqqəti Qarabağ çaylarında
23.12.2022 [10:55]
Suqovuşandan sonra Həkəri çayı və Köndələnçayda yarışlar keçiriləcək
MÜŞFİQƏ
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) illik hesabat konfransı keçirilib. 2022-ci ilin yekunlarına həsr olunan tədbirdə çıxış edən federasiyanın baş katibi Fərhad Əliyev bildirib ki, 2022-ci il qurum üçün yeni mərhələ ilə əlamətdar olub: “Bu il federasiyanın adı dəyişdirilərək Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adlandırıldı. Eləcə də federasiya özünün rəsmi saytını qısa zamanda tamamilə yenilədi. Cari ildə yığma komandamızın üzvü akademik avarçəkən Diana Dimçenko Avropa çempionatının qızıl medalını qazanması sevincimizi birə-beş artırdı”.
Suqovuşanda idman bayramı keçirildi
AKAF-ın mətbuat xidmətinin rəhbəri Vüsal Qurbanov isə çıxışında vurğulayıb ki, ən önəmli məqam işğaldan azad olunan Qarabağda beynəlxalq yarışın təşkil edilməsi idi: “30 il qapısı üzümüzə bağlanan Suqovuşanda təlim-məşq toplanışı, həm də Qarabağda təşkil edilən ilk genişmiqyaslı idman tədbiri idi. Novruz bayramı ərəfəsində baş tutan bu toplanışı cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən izləməklə bizə böyük qürur yaşatdı. Bu diqqət ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə, idmana və idmançılara qayğısının göstəricisi idi. Artıq qarşıda daha böyük hədəf - işğaldan azad edilən tarixi torpaqlarımızda ilk beynəlxalq yarışın təşkili dururdu”.
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku-2022” baş tutdu
Cari ildə federasiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku -2022” beynəlxalq reqatasının açılış mərasimi və yarışların ilk günü Suqovuşanda baş tutdu. Azərbaycanla yanaşı, Gürcüstan, Moldova, Özbəkistan və qardaş ölkə Türkiyə komandaları dağların ətəyində yerləşən Suqovuşana təşrif buyurdu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında təməli qoyulan Suqovuşan su anbarında 5 ölkədən idmançılar avarçəkmənin kayak və kanoe növlərində mübarizə apardı. Bağlanış mərasimində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən videoçarx su üzərində 3D effektli şou ilə təqdim edildi. Ardınca flaybordların möhtəşəm çıxışı şəhər sakinləri tərəfindən böyük maraqla qarşılandı.
AKAF 50 ildən artıq tarixi olan Mingəçevir Reqatasını yenidən bərpa etdi. Federasiyanın rəsmisinin sözlərinə görə, ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilən Mingəçevir Reqatasında Azərbaycanla yanaşı, daha 12 ölkədən idmançılar iştirak edirdi: “Reqatanın açılış mərasimi oktyabrın 21-də Suqvuşanda start götürdü. Azərbaycan komandası yarışı 26 medalla başa vurdu. Bu nəticə ilə idmançılarımız yalnız Türkiyə komandasından geri qaldı”.
Avarçəkmə yenidən Bakı sularında
Qeyd olunub ki, AKAF-ın əsas prioritetlərindən biri avarçəkməni regionlarda populyarlaşdırmaqdır. Bununla yanaşı, federasiya Xəzər dənizində də avarçəkmə idman növünü yenidən bərpa etdi. Artıq Bakıda avarçəkmə idman növü daha da populyarlaşaraq gənclər və yeniyetmələr üçün əlçatan olacaq.
Xatırladaq ki, Azərbaycanda avarçəkmə idmanı ilə peşəkar olaraq 1930-cu illərin sonundan məhz Xəzər dənizində məşğul olunmağa başlanıb.
Füzuli və Qubadlıda yarış həyəcanı olacaq
“2023-cü ildə keçirilməsi nəzərdə tutulan bəzi yarışların proqramı da məlumdur. Hazırda AKAF ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Prezident Kuboku-2023” turnirini keçirməyi planlaşdırır. Ənənəvi olaraq Gənclər Kuboku və Mingəçevir Reqatası təşkil olunacaq. İstəyimiz avarçəkmə üzrə Dünya və Avopa çempionatları kimi böyük yarışları ölkəmizdə təşkil etmək, habelə bayrağımızı Olimpiya oyunlarında dalğalandırmaqdır”,- deyə Vüsal Qurbanov söyləyib.
Tezliklə, Qarabağ suları beynəlxalq yarışlara ev sahibliyi edəcək. Belə ki, Füzulidəki Köndələnçay su anbarı və Həkəri çayının Qubadlıdan keçən hissəsi dağ çaylarında keçirilən yarışların növünə uyğun gəlir. Bundan başqa, peşəkarlar tərəfindən işğaldan azad edilmiş bir neçə bölgədə baxış keçirilicək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

