Taekvondo üzrə dünya çempionatı Bakıda keçiriləcək
15.04.2023 [11:51]
Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək Taekvondo üzrə dünya çempionatına son hazırlıqlarla bağlı mətbuat konfransı keçirilib.
Konfransda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov çıxış edərək beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olan paytaxtımızın bu ilin mayında taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcəyini söyləyib. “Ölkəmizdə keçirilən bu çempionat Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Dünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf etdiyindən bizim üçün xüsusi əhəmiyyət daşıyır. Yarışların təşkilində bütün texniki məsələlər nəzərdən keçirilib və hazırlıq işləri yüksək səviyyədə davam edir”, - deyə vitse-prezident vurğulayıb.
Sonra Dünya Taekvondo Federasiyasının nümayəndəsi Məhəmməd Şaaban çıxış edərək dünya çempionatının Azərbaycanda keçirilməsinin çox yaxşı hal olduğunu bildirib. Onun fikrincə, burada idmana xüsusi qayğı və maraq mövcuddur: “Azərbaycana təşəkkürümüzü bildiririk. Bu çempionatın Olimpiya oyunlarından öncə keçirilməsi çox önəmli məsələdir. Çünki hakimlərin seçimi məhz Bakıda keçirilən çempionatdan sonra baş tutacaq. Yarış ərazisi ilə də tanış olduq, hər şeyi gözdən keçirdik. Hazırlıqlar planlaşdırıldığı kimi gedir. Qısası, işlər qaydasındadır”.
Konfransda taekvondo üzrə dünya çempionatının promo videoçarxı, eləcə də rəsmi saytı təqdim olunub. Yenilənmiş sayt həm dizayn, həm də məzmun baxımından təkmilləşdirilib, ölkə taekvondosunun tarixi ilə bağlı məlumatlar zənginləşdirilib. İdmansevərlərin rahatlığını təmin etmək üçün müasir proqram təminatından istifadə olunub.
Saytın yenilənməsində əsas məqsəd Bakıda ilk dəfə keçiriləcək dünya çempionatıdır. Yarışın gedişində sayt vasitəsi ilə döyüşlərin canlı yayımı və onlayn hesabların verilməsi nəzərdə tutulub. Həmçinin gündəlik fotosessiyalar, maraqlı anların videosu paylaşılacaq.
Qeyd edək ki, mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il əvvəl verilib. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, səsvermə ilə Azərbaycan qalib gəlib. Düzdür, son anda Bolqarıstan istəyini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatı, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatını bizə həvalə edib. Mundial mayın 29-dan iyunun 4-dək Bakı Kristal Zalında keçiriləcək.
Yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Bu səbəbdən də mundial əvvəlkilərdən fərqlənəcək və paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

