Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Qarabağ” klubu UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb

“Qarabağ” klubu UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb

11.07.2023 [22:20]

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Linkoln” – “Qarabağ” matçı başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Viktoriya” stadionunda keçirilən matçda "Qarabağ" komandası 2:1 hesablı qələbə qazanıb.

Latviyalı FIFA referisi Vitali Spasennikovun idarə etdiyi oyunda “Linkoln”un heyətində Kike Qomes fərqlənib. Ağdam təmsilçisinin qollarını Redon Cica və Yassin Benzia vurublar.

Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi ikinci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30