İran rəqəmsal rialı dövriyyəyə çıxarır
21.06.2024 [10:16]
İran hökuməti pul tədavülündə elektron alətlərin tətbiqinə start verib. İran Mərkəzi Bank tərəfindən elektron pulun - rəqəmsal rialın tədavülə çıxarılması planı ilə yeni monetar siyasətin başlanması nəzərdə tutulur. İyunun 21-dən etibarən azad ticarət zonası olan Kiş adasında pilot mərhələdə istifadəyə verilməsi planlaşdırılan rəqəmsal pul müştərilər üçün alış-veriş etməyə, pul köçürmələri aparmağa imkan verəcək. Bunun üçün istifadəçilər rəqəmsal rialın müvafiq cihazlarda ştrix-kodu skan etməklə, əməliyyatları həyata keçirə biləcəklər. Digər elektron pullardan fərqli olaraq, rəqəmsal rial alıcı və satıcı arasında pul köçürməsi üçün banklararası hesablaşma tələb etməyəcək ki, bu da ənənəvi bank kartlarından istifadədə həm daha asan və sadə, həm də təhlükəsiz hesab olunur.
Qeyd edək ki, İran hakimiyyəti bir neçə il əvvəl “Bitcoin” rəqəmsal valyutasını da ölkə ərazisində ödəniş vasitəsi kimi qanuniləşdirmək istəyirdi, ancaq bu kriptovalyuta ilə bağlı qlobal bazarlarda artan təhdidlər və kibercinayətlər Mərkəzi Bankı fikrindən daşındırdı. Ancaq bununla yanaşı, hökumət müxtəlif vaxtlarda tətbiq olunan sanksiyalar fonunda yeni texnologiyaların tətbiqi yolu ilə dollardan və avrodan, qlobal iqtisadi sistemdən asılılığını azaltmaq üçün alternativ yollar axtarır, qlobal satışlarda blokçeynlərin istifadəsinin imkanlarını nəzərdən keçirir. Əsas məqsəd sanksiyalaşmış qlobal bazar blokundan çıxış yollarıdır. Ona görə də İran Mərkəzi Bankının rəqəmsal pulla bağlı addımı yeni maliyyə alətlərinə keçiddən daha çox ölkədəki monetar narahatlıqlardan qaynaqlanır.
Ölkədə milli valyutanın dəyərdən düşməsi, pul bazarındakı gərginliklər, xüsusilə də son dövrlərdə fond bazarı indeksinin enişinin davam etməsi fonunda ölkədə kapital axını prosesinin sürətlənməsi rəqəmsal valyutaya keçid üçün zəmin yaradır. Son bir ay ərzində bir ABŞ dollarının qiyməti 61 min 450 tümənə çatıb. Avro isə bahalaşaraq 66 min 750 min tümənə bərabər olub. Bu proses fond bazarını da silkələyir və ölkənin pul-kredit sistemi ilə yanaşı, cari əməliyyatlar və tədiyyə balansını da sıxır, bazar indekslərini dəyərdən salır. Təkcə, may ayında İranın kapital bazarından hər gün 320 milyard rial (5,8 milyon dollar) pul çıxarılır. Bu isə birjalarda böyük itkilərə səbəb olur, iqtisadi indekslər ucuzlaşır. İran hökuməti çıxış yollarından biri kimi səhmdarları və biznes icmasını daha çox pulu qiymətli kağızlara və istiqrazlara investisiya etməyə təşviq edir, son aylarda nominal pulların istiqraz alınmasına yönəldilməsi də fond bazarındakı ucuzlaşmaların qarşısını almaq və pul tələbini müəyyən qədər sıxmaq məqsədi güdür.
Ümumiyyətlə, İran son illərdə həm de-dollarazasiya siyasəti yürütməklə, həm də ABŞ və Avropanın ödəniş sistemlərinə alternativ ödəmə kanallarının yaradılması ilə bağlı Rusiya, Çin və digər ölkələrlə sıx əməkdaşlıq etməkdədir. Ötən il İran və Rusiya arasında ticarətdə rəqəmsal valyutalardan istifadə barədə ilkin anlaşma əldə olunub. Hətta Rusiya Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədri Anatoli Aksakov parlamentarilərin İrana səfərindən sonra Moskvanın qızıl emalı zavodları tərəfindən dəstəklənən steyblkoinlərin buraxılması məsələsini ortaya atıb və həmin aktivlərin İranla hesablaşmalar üçün istifadəsini mümkün hesab etdiyini xatırladıb. Rusiyanın kriptosənaye və blokçeyn Assosiasiyasının icraçı direktoru Aleksandr Brajnikov isə İran Mərkəzi Bankı ilə Rusiya Mərkəzi Bankı arasında qarşılıqlı hesablaşmalarda dollar, rubl və İran rialını əvəz edəcək Fars regionu tokeninin yaradılması imkanının müzakirə edildiyini gizlətməyib.
Rəsmi Tehran İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin toplantısında da bir neçə dəfə üzv ölkələrə yeni elektron pulköçürmə sisteminin və ödəniş infrastrukturlarının yaradılması barədə təkliflər irəli sürüb.
Məhəmməd
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52

