Daha bir beynəlxalq etimad...
25.06.2024 [10:35]
Azərbaycana 2024-2025-ci illərdə IOTA-nın prezidenti səlahiyyətləri həvalə olunub
Azərbaycanın Dövlət Vergi Xidməti 2024-2025-ci illərdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) prezidenti səlahiyyətlərini icra edəcək. Bu məsuliyyətli öhdəlik Macarıstanın paytaxtı Budapeşt şəhərində IOTA-nın 28-ci Baş Assambleyası çərçivəsində ölkəmizə həvalə olunub. İOTA prezidenti, Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaquhelyi Azərbaycanın vergi administrasiyasını təşkilatın 2 illik rəhbərliyini təsdiqləyib. Sessiyada IOTA İcraiyyə Şurasının üzvləri seçilib. İcraiyyə Şurasında Belçika, Estoniya, Finlandiya, Macarıstan, Rumıniya, İsveçrə və İsveç təmsil olunacaq. Qurumun prezidentliyini həyata keçirən Azərbaycan DVX isə İcraiyyə Şurasına sədrlik edəcək.
Qeyd edək ki, 1996-cı ildə əsası qoyulmuş İOTA-nın 44 üzvü var. Mənzil - qərargahı Macarıstanın paytaxtı Budapeştə yerləşən təşkilatın əsas missiyası Avropa regionunda vergi administrasiyaları arasında əlaqələri koordinasiya üzv ölkələrlə digər beynəlxalq və regional təşkilatlar arasında əməkdaşlığı təşviq etməkdir. Eyni zamanda, vergi inzibatçılığının təkmilləşdirilməsində ölkələrə köməklik göstərən qeyri-kommersiya xarakterli platforma rolunu oynayır. Təşkilat qabaqcıl fikir və təcrübə mübadiləsini həyata keçirən, müxtəlif mövzularda təlim və seminarlar təşkil edən qurum kimi də səmərəli fəaliyyəti ilə seçilir. Eləcə də, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ilə sıx əməkdaşlıq edən İOTA Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS), beynəlxalq vergitutma sahəsində yeni tendensiyaların, o cümlədən “ikipilləli həll” qaydaları üzrə vergitutma, “qlobal minimum vergi”nin tətbiqi, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi, transfer qiymətlərinin tətbiqi ilə bağlı yanaşma və digər məsələlərin təşviqində fəal rol oynayır.
Azərbaycanın vergi administrasiyası ilə İOTA arasında səmərəli əməkdaşlıq neçə illərdir ki, davamlı xarakter daşımaqdadır. Ölkəmiz 2002-ci ildə Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) tamhüquqlu üzv kimi qoşulandan bəri bir sıra peşəkar seminarlar və forumlar keçirməklə qarşıya qoyduğu məqsədlərə nail olmaqda fəallıq nümayiş etdirib. Azərbaycan son illərdə rəqəmsallaşmadan irəli gələn müasir vergi islahatları, elektron ticarət, e-audit, vergi risklərinin müəyyən edilməsi, insan resurslarının idarə olunması, digər yeni çağırışlar və potensial vergi imkanları qarşılıqlı şəkildə müzakirə edilib, qabaqcıl ölkələrin yeni vergi innovasiyaları sahəsində təcrübənin mənimsənilməsində bu təşkilatın köməyindən faydalanıb. Həmçinin, İOTA ilə əməkdaşlıq çərçivəsində müasir vergi siyasəti islahatları, vergi əxlaqı, qeyri-rezident e-ticarət iştirakçılarının ƏDV qeydiyyatı, vergi cinayətləri, vergi administrasiyalarının rəqəmsal transformasiyası ilə bağlı gələcək birgə layihələrin həyata keçirilməsi imkanları öyrənilməkdədir.
IOTA-nın prezidenti F.Vaquhelyi Azərbaycanın bu təşkilatın işində fəal iştirakını dəfələrlə yüksək dəyərləndirib və öhdəliyə layiqli riayət edən ölkə adlandırıb.
Bir neçə gün əvvəl IOTA-nın Budapeştdə keçirilən 28-ci Baş Assambleyasında da yuxarıda qeyd edilən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, Azərbaycanın bu istiqamətlər üzrə əldə etdiyi nailiyyətlərə toxunulub. Beynəlxalq vergi sistemində müasir trendlər və çağırışlar, vergi inzibatçılığının ortamüddətli dövr üçün prioritet inkişaf istiqamətləri barədə məlumat verən DVX-nin rəisi Orxan Nəzərli vergi sistemlərində qloballaşma və rəqəmsallaşmanın imkanlarından bəhs edib. Bildirib ki, beynəlxalq miqyasda bu transformasiya mükəmməl və müasir vergi sisteminin təşkilini, çağırışlara cavab vermək üçün vergi administrasiyalarının əməkdaşlığının gücləndirilməsini tələb edir. O, IOTA-ya rəhbərliyi dövründə Azərbaycanın üzv ölkələrlə əməkdaşlığın səmərəliliyinin artırılması üçün bütün səylərin səfərbər ediləcəyini vurğulayıb, bütün iştirakçıları ölkəmizdə təşkil olunacaq tədbirlər və planlaşdırılan təşəbbüslərdə fəal iştiraka dəvət edib.
ELBRUS
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

