Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı
25.06.2024 [10:55]
Birrəqəmli inflyasiya uçot siyasətində yumşalmanın davam edəcəyini şərtləndirir
Mərkəzi Bankın (MB) İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, uçot dərəcəsi 7,25 faiz həddində saxlanılıb. Faiz parametrləri üzrə isə dəhlizin aşağı həddi 6,25 faizdə, yuxarı həddi isə 8,25 faizdə saxlanılıb. Yəni, uçot və faiz dərəcələrinin parametrlərində heç bir dəyişiklik edilməyib, mayın 2-də müəyyən edilmiş uçot siyasətinin eyni intervalda davam etdirilməsi məqsəduyğun hesab olunub. Mövcud qərarın qəbul edilməsində də əvvəlki ssenariyə uyğun olaraq faktiki və proqnozlaşdırılan inflyasiyanın həddi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi amilləri əsas rol oynayıb, MB həmin bazar elementlərini nəzərə alaraq sabit uçot stavkasını davam etdirib.
Məlumdur ki, uçot dərəcəsinin müəyyən edilməsində inflyasiya faktoru başlıca rol oynayır, istehlak qiymətləri indeksinin artıb-azalması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirir. 2024-cü ilin yanvar-may aylarında istehlak bazarında qiymətlərin dəyişməsində ciddi artım tendensiyası baş verməyib, inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz təşkil edib, ən aşağı birrəqəmli qiymət indeksi qeydə alınıb. Bu isə bazarın olduqca əlverişliliyini, heç bir risk faktorlarının olmadığını göstərir. Onu da qeyd edək ki, mövcud qərarın qəbul edilməsində xarici amillərin təsirləri nəzərə alınıb. İnflyasiyanın payında əsas yer tutan xarici faktor diqqətlə izlənilib. Son 2 ayda qlobal bazarlarda qiymətlər sabit qalıb və bir sıra mal qruplarında ucuzlaşmalar baş verib. Belə ki, istehlak qiymətləri indeksinin düşməsində daxili amillərlə yanaşı, xarici faktorun təsirləri də xüsusi rol oynayıb. Xüsusilə də inflyasiyanın strukturunda 60-70 faiz yer alan xarici amil daha ümidverici olub. Cari ilin 5 ayında dünya üzrə əmtəə qiymətləri indeksi aşağı düşməkdə davam edib. Xüsusilə də aprel-may ayında mal və xidmətlərin dəyəri 8,1 faiz, o cümlədən enerji qiymətləri üzrə 9 faizdən çox ucuzlaşıb və nəticədə idxal inflyasiyası təzyiqləri də azalıb.
Beləliklə, MB həm daxili bazardakı faktiki vəziyyəti və qarşıdakı dövr üzrə proqnozlaşdırılan inflyasiya gözləntilərinə, həm də xarici bazar konyuturasına əsaslanaraq, faiz dərəcələrinin sabit şkalada qalmasını uyğun hesab edib, əvvəlki aylarda olduğu kimi yumşaq monetar siyasət davam etdiriləcək.
Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlaması və ya 2 ay əvvəlki aşağı faiz siyasətini davam etdirməsi bankların əlverişli mühit çərçivəsində kredit faizlərini ucuzlaşdırmağa əsas verir. Hazırda Azərbaycan banklarının kredit portfeli hədsiz dərəcədə böyükdür və kredit vermək üçün qayğıları yoxdur. Resursların həcmi istehlaka və iqtisadi sahələrə yetərincə kredit verməyə geniş imkan yaradır. Eləcə də bank sektorunun xalis mənfəəti son bir ildə əhəmiyyətli dərəcədə böyüyüb, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın bank sektoru 407,5 milyon manat xalis mənfəət əldə edib.
Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 18 faiz çoxdur. Həmin dövrdə bankların əməliyyat mənfəəti isə 14 faiz artaraq 585 milyon manata bərabər olub. Bu həcmdə mənfəət bankların kredit resurslarını təmin etməkdə nəhayətsiz portfelə malik olmasını təsdiqləyir. Ona görə də bankların kredit siyasətini yumşaltması üçün bütün fiziki imkanları mövcuddur. Bunu MB-nın bəyanatındakı bankların pul bazarındakı rolu ilə bağlı fraza da təsdiq edir. MB uçot dərəcələrinin sabit saxlanmasında bank faizlərinin təsir potensialını həmişə nəzərə alır ki, bu da bank sektorunda daha sərfəli kredit faizlər potensialının mövcudluğundan xəbər verir.
Uçot dərəcəsi ilə bağlı növbəti qərarlar yenə də xarici və daxili amillərə uyğun olaraq müəyyənləşəcək. MB faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı iyulun 31-də açıqlayacağını bildirir. Bu 40 gün ərzində uçot dərəcəsi xarici bazarlar, ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq müəyyənləşəcək. Hazırda inflyasiyanın artımı üçün ciddi fundamental əsaslar yoxdur. Mövcud ssenarilər və qarşıdakı dövrə uyğun inflyasiya proqnozları və daxili bazar amilləri onu deməyə əsas verir ki, qarşıdakı aylarda istehlak qiymət indeksi sabit qalacaq.
Yeri gəlmişkən, Mərkəzi Bank bir müddət əvvəl 2024-cü ildə inflyasiya gözləntiləri ilə bağlı proqnozu da azaldıb və 12 aylıq baza inflyasiyanın 1 faiz təşkil edəcəyi gözlənilir. Həmçinin, “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi bir neçə gün əvvəl açıqladığı yeni hesabatda Azərbaycanda 2024-cü il üzrə orta illik inflyasiyanın 3 faiz səviyyəsində proqnozlaşdırıldığını bildirib. Agentliyin hesabatında, həmçinin 2025-2027-ci illərdə orta illik inflyasiya gözləntilərinin 3 faiz olacağı qeyd olunur. Eləcə də Beynəlxalq Valyuta Fondunun proqnozlarında Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 faiz, 2025-ci ildə 5 faiz 2029-cu ildə isə 4 faiz təşkil edəcəyinə dair qeydlər öz əksini tapıb. Eləcə də, Dünya Bankı ölkəmizdə inflyasiyanın 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz olacağını ehtimal edən açıqlama ilə çıxış edib. Həmçinin, Asiya İnkişaf Bankının proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,5 faiz 2025-ci ildə isə 6,5 faiz olacağına dair məlumatlar yer alır.
Bütün bunlar inflyasiyanın birrəqəmli həddə saxlanılmaqla uçot siyasətində də yumşalmanın davam edəcəyini şərtləndirir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
22 Sentyabr 11:43
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38

