E- Rəqabət Sistemi azad rəqabət mühitinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq
11.07.2024 [10:10]
Prezident İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında fərman imzalayıb. Sənədə əsasən, ölkəmizdə Elektron Rəqabət İnformasiya Sistemi (ERİS) yaradılacaq. Yeni sistem bazar iştirakçıları arasında rəqabət mühitinin təmin edilməsi və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində elektron platforma rolunu oynayacaq. Belə ki, E-Rəqabət Sistemi bazarda rəqabətlə bağlı qanunsuzluqlar meydana çıxdıqda, həmçimin istehlakçıların hüquqlarının pozulması halları baş verdikdə onların müraciətləri və vəsatətləri əsasında həmin hallarla bağlı məlumatları qəbul və emal edərək müvafiq tədbirlər görülməsində əlaqələndirici funksiya daşıyacaq. Baş verən pozuntuların araşdırılması üçün ERİS-in sahibi funksiyalarını icra edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarının sorğu əsasında elektron qaydada təqdim edəcək. Nəticədə rəqabətin və istehlakçı hüquqlarının pozulması ilə bağlı məlumatların göndərilməsi, cavablandırılması və görüləcək hansısa bir tədbirlərlə bağlı informasiyalar elektron sistemin köməyi ilə açıq olacaq ki, bu, istifadəçilər üçün əlçatanlığın təmin olunması deməkdir.
Elektron Rəqabət İnformasiya Sisteminin işə düşməsi sayəsində bazar iştirakçıları və vətəndaşların üzləşdikləri qanunsuzluqlarla bağlı daha asan və rahat formada öz şikayət və ya müraciətlərini təqdim etməsi mümkün olacaq ki, onlar əlavə fiziki və vaxt itkilərinə qənaət edəcəklər. Belə ki, vətəndaşlar hansısa mal alarkən onun qiymətinin süni şəkildə artımı, istehlakçı qaydalarının pozulması halları ilə üzləşdikdə Elektron Sistemə daxil olaraq öz şikayətlərini qeyd edəcəklər. Yaxud, hansısa sahibkar fəaliyyət göstərdiyi sahədə onunla bərabər çalışan digər sahibkarın rəqabət mühitini pozduğu, yaxud haqsız rəqabətə yol verdiyi halda öz irad və narazılığını ERİS vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlayacaq.
ERİS rəqabət və bazar institutları ilə bağlı digər məsələləri də özündə cəmləyən geniş e-sistem olduğundan bura rəqabətlə bağlı bilavasitə əlaqəsi olan digər dövlət orqanlarının da sistemə inteqrasiyası nəzərdə tutulub. Belə ki, rəqabət sahəsində təsərrüfat subyektlərinin bazar payı, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr, dövlət orqanları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi, təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsi, təsərrüfat subyektlərinin fəaliyyətinə nəzarət s. məsələlər bir neçə iqtisadi qurumun subardinasiyasında olduğundan Antiinhisar Xidməti daxil olan müraciətlərin araşdırılması üçün onların da məlumat və sorğularını nəzərə almalı olacaq. Bütün bu qurumların hər birinin təqdim edəcəyi sənədlər ERİS-ə inteqrasiya olunacaq. Nəticədə müvafiq qurumlar və biznes subyektləri Antiinhisar Xidmətindən əldə etmək istədiyi sənədləri, eləcə də biznes subyektinə aid məlumatları sistemdə öz əksini tapan data məlumat bazasından tapacaq.
Beləliklə, bazar iştirakçısının fəaliyyəti, istehlak etdiyi mal, göstərdiyi xidmətlər barədə şikayətçinin müraciəti elektron kargüzarlıqda vahid toplu sənədləri formasında emal olunaraq müvafiq tədbirlər görüləcək. Şikayətlərin necə və hansı səviyyədə cavablandırılması və tədbir görülməsi ilə bağlı məlumatlar e-sistemdə arxivləşdiriləcək və hansısa dövrdə bu məlumat mənbəyi hüquqi müstəvidə mübahisələr yarandığı halda istinad və dəlil kimi istifadə olunacaq. Nəticədə, Elektron Rəqabat İnformasiya Sistemi həm istehlakçıların şikayətlərini, həm də biznes subyektlərinin işini rahatlaşdıracaq və əlavə sənəd toplamaqdan onları azad edəcək.
E-Rəqabət Sistemi antiinhisar, haqsız rəqabət və istehlakçıların hüquqlarının qorunması sahələrində innovativ idarəetmənin təmin edilməsində mühüm rol oynayacaq. ERİS-in yaradılması ölkədə rəqabətlə bağlı hökumətin müəyyən etdiyi hədəf prinsiplərinin tərkib hissəsi hesab edilə bilər. Məlum olduğu kimi, 2024-cü il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsinin əsas məramı azad bazar institutlarının fəaliyyətinin təmin edilməsi, rəqabətin məhdudlaşdırılması hallarına qarşı mübarizə, təsərrüfat subyektlərinin bazar payının müəyyən edilməsi, haqsız rəqabətə mane olan və iqtisadi təmərküzləşmələr yaradan halların aradan qaldırılması, rəqabət qanunvericiliyinə əməl edilməsi və təbii inhisarlar fəaliyyətlərinin tənzimlənməsindən ibarətdir. Məcəllə ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını təşviq edir. Bu baxımdan ERİS də bu strategiyanın bir hissəsi kimi biznesin və vətəndaşların maraqlarının müdafiəsi ilə bağlı siyasətə xidmət etməklə, inhisarçılığa qarşı təsirli mübarizə mexanizmlərinin təşviqinə kömək edəcək.
Beləliklə, həm Rəqabət Məcəlləsinin qüvvəyə minməsi, həm də ERİS-in yaradılması ölkədə azad rəqabət mühitinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23

