Nəhəng Anlaşma
17.11.2024 [11:11]
BƏƏ və Səudiyyə Ərəbistanı ilə imzalanmış memorandum “yaşıl enerji” sahəsinə yeni investisiyaları nəzərdə tutur
COP29 çərçivəsində Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq. Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 MVt olan bərpaolunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir.
Beləliklə, 3 dost ölkənin birgə enerji alyansı yaranmış olacaq. Hər iki körfəz ölkəsi Azərbaycanın yaxın tərəfdaşı kimi COP29-da yeni birliyin də əsasını qoymuş oldu.
“ACWA Power”in 5 milyard dollar həcmində sərmayə planı
Azərbaycan həm Birləşmiş Ərəb Əmirliyi, həm də Səudiyyə Ərəbistanı ilə sıx dostluq münasibətləri quraraq son illərdə bu təmasları daha da inkişaf etdirməkdədir. Ölkələrimiz arasında münasibətlər güclü siyasi zəmin əsasında inkişaf etməkdədir və dərin qarşılıqlı inam və etimadın, iradənin olması əlaqələri bütün sahələrdə irəliyə aparmaqdadır. Hər iki ölkənin dövlət başçılarının, hökumət üzvlərinin, iqtisadi qurumları və biznes nümayəndələrinin birgə səfərlərinin Azərbaycana intensiv xarakter alması və aparılan faydalı müzakirələr ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapılar açmaqdadır.
Səudiyyə Ərəbistanının 2 şirkəti “Əsrin müqaviləsi”ndə və Bakı-Ceyhan layihəsində iştirakçıdır. Bundan başqa, Səudiyyə Ərəbistanının “Al-Gahtani Pipe Coatinq Terminal”, “Middle East Fiber Cables Manufacturing” və “Middle East Sibecializet Cables CO (MESC)” şirkətləri enerji sektorlarında təmsil olunur. Ancaq son 7-8 ildə Səudiyyə şirkətlərinin sənaye, nəqliyyat, rabitə, İKT, infrastruktur, turizm, rəqəmsal innovasiyalar, əmək, məşğulluq və digər sahələrdə təmsil olunması iqtisadi panoramı zənginləşdirib.
2022-ci ildə Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səudiyyə İnkişaf Fondu arasında imzalanmış Anlaşma Memorandumu prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üzrə dərin zəmin yaradıb, ərəb sərmayəçilərin sənaye və aqrar sahələrdə bir sıra layihələrə maliyyə ayrılmasını təmin edib. Alternativ enerji strategiyası üzrə yeni palanlara əsasən, ölkələrimiz arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları daha da böyüyüb, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə Azərbaycanda 240 MVT-lıq külək enerjisi parkının qurulması ilə bağlı imzalanmış müqavilə yaşıl hidrogen sahəsində dərin əməkdaşlığın əsasını qoyub. Ötən il şirkət 246 milyon dollarlıq maliyyə sazişini təsdiq edib və qarşıdakı dövrdə daha irihəcmli sərmayə layihələrinin gerçəkləşməsi nəzərdə tutulur. “Acwa Power” şirkətinin regional direktoru Abid Malik bildirib ki, investisiya əsasən Azərbaycanın bərpaolunan enerji sahəsinə 5 milyard dollara yaxın sərmayə yatırılacaq.
“Masdar”ın sərmayə liderliyi...
Körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri ilə də Azərbaycan arasında hidrogen və bərpaolunan enerji sektorlarında səmərəli əməkdaşlıq qurulub. İlk sərmayə planı əsaısnda “Masdar” şirkəti 230 MVt gücündə Qaradağ günəş stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb. Həmçinin “Masdar”la 4 ay əvvəl imzalanmış yeni sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması BƏƏ-nin Azərbaycanda bərpa olunan enerji sektorunda başlatdığı böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər.
Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Qarabağ və Şərqi-Zəngəzura “yaşıl investisiyalar”..
Azərbaycanın “yaşıl enerji” strategiyasında əsas potensial güc mənbəyi kimi azad edilmiş ərazilərin resursları xüsusi yer tutur. Ortamüddətli inkişaf konsepsiyasında bu ərazilər Yaşıl Enerji Zonası elan edilib və müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. Həmin strateji yanaşmaya əsasən, Yaşıl Enerji Zonasında enerji istehsalı üçün bir neçə mənbə müəyyən edilib.
“ACWA Power” və “Masdar” bu ərazilərdəki “yaşıl enerji”yə böyük maraq göstərir və yaxın vaxtlarda azad edilmiş ərazilərin bərpaolunan enerji mənbələrinin istismarına dair hər iki ölkə ilə sazişlərin imzalanması ehtimal edilir. 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin rəhbərlik etdiyi böyük bir nümayəndə heyəti ölkəmizdə səfəri çərçivəsində azad edilmiş ərazilərə baş çəkərək bölgənin resursları və investisiya imkanları ilə yaxından tanış olub. Həmin səfər zamanı Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin Qarabağın bərpa prosesində iştirakının nəzərdən keçirildiyi vurğulanıb, Səudiyyə İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaiti ayrılacağı bildirilib.
Bir neçə ay əvvəl bir missiya ilə ölkəmizdə olan BƏƏ sərmayəçiləri də Azərbaycanda formalaşmış əlverişli biznes mühiti və xarici investorlar üçün yaradılmış cəlbedici imkanlarla tanış olduqdan sonra investisiya planlarını hazırlayacaqlarını bəyan edib.
ELBRUS
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

