Rəqəmsal sektorun müasir biznes modeli
06.02.2025 [10:42]
“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 192-yə çatıb
Azərbaycanda rəqəmsal iqtisadiyyatın müasir trendlərindən biri olan startap ekosistemi artıq biznes ideyalarının mükəmməl aləti kimi özünü doğrultmaqdadır. Bir neçə ildir ki, fəaliyyət göstərən “Startap Azərbaycan” platforması startaplar, investorlar, maliyyə fondları, yeni rəqəmsal alətlərə dəstək verməklə gənc biznes komandasının təşviqinə və böyüməsinə səbəb olmaqdadır. Bunun nəticəsidir ki, süni intellektin atributlarından biri olan bu layihələrə qoşulan gənc istedadların sayı durmadan artır.
Startaplar uğurlu biznes layihəsi kimi kiçik və orta biznesin (KOB) marağında da ön plana çıxmaqdadır.Bu günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) “Startap” şəhadətnaməsinin verilməsi üzrə yaradılmış Ekspertlər Şurası KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxaraq onlardan 4-nə “Startap” şəhadətnaməsinin verilməsini təsdiqləyib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-yə çatıb.
Güzəşt və iqtisadi təşviqlər yeni gənc nəsli formalaşdırır
Qeyd edək ki,“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edilib. Vergi Məcəlləsinin 102.1.31.-ci maddəsinə əsasən, “Startap” şəhadətnaməsi olan fiziki şəxs şəhadətnaməni aldığı tarixdən 3 il müddətinə və həmin startap şəhadətnaməsi üzrə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri vergidən azaddır. Həmçinin, startaplar üzrə texnoloji avadanlıqlar və maddi-texniki güzəştlər və təşviqlər də bu sahədə motivasiyaedici mühit yaradıb.
Startapların nüfuz etdiyi yüksək texnologiyalar parklarında da xüsusi aktivlik nəzərə çarpmaqdadır. Texnopark rezidentlərin sayının 96-ya yüksəlməsinə səbəb olub. Qeyd edək ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkındankənar sistemə inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə mənfəət, gəlir, əmlak vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdankənar fəaliyyətinə şamil edilir.
Nəticədə bu güzəşt və motivasiyalar yüksək texnologiyalar və innovasiyalar sektorunda çalışan gənc biznes icmasının sistem inteqrasiyası, proqram təminatı, süni intellekt məhsulları üzrə inkişafında əlverişli mühit yaradır.
Həmçinin, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yeni rəqəmsal texnologiyaların tətbiqinə, o cümlədən startap platformasına dəstəyi yeni biznes nəslinin formalaşmasında mühüm rol oynayır. Startap ailəsi yaxın xarici tərəfdaşları ilə süni intellekt və maşınların öyrənilməsi, əşyaların interneti və şəhər transformasiyası, rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə sıx əməkdaşlıq edərək iqtisadiyyatın rəqəmsallaşmasına da töhfə verirlər.
Dünya Startap Yarışmasında Azərbaycan brendi
Azərbaycanlı startapçılar biznes ideyaları, kəşf və bacarıqları ilə artıq qlobal bazarlarda uğurlu investorlar kimi qəbul edilir. Bu motivasiya sayəsində son illərdə Azərbaycanın İT və rəqəmsal sektorlarında startap, süni intellekt və biznes ideyaları dünya ölkələrinin startapları ilə rəqabət aparmağa çalışır. Onların KOBİA, Xəzər-Vençur, Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında təmsil olunan bacarıqlı gənc ideya müəllifləri kifayət qədər uğur qanmağa nail olub. Ölkəmizi təmsil edən “SkyBee” komandası Ümumdünya Startap Yarışmasının (World Startup Competition) Asiya və Afrika üzrə Regional Final Müsabiqəsində 30-dan artıq texnologiya şirkəti arasında “Aqrar sektorda ən yaxşı startap” nominasiyasının qalibi olub. Azərbaycanlı startapçılar artıq okenaın o tayında da rəqabət üçün imaknlarını sınamağa çalışır. Yaxın vaxtlarda ABŞ-da keçiriləcək Ümumdünya Startap Yarışmasına iştirak hüququ qazanmaq bu imkanları nümayiş etdirmək baxımından yaxşı fürsət hesab edilə bilər.
Süni intellekt ölkəmizə 4,4 milyard dollar gəlir gətirəcək
Azərbaycan 2040-cı ilə qədər iqtisadi artımın sürətləndirilməsində süni intellektin imkanlarından istifadə etməyi planlaşdırır və bu istiqamətdə beynəlxalq təşkilatlar və konsaltinq şirkətlərlə birgə layihələr icra etməyi düşünür. Qiymətləndirmələrə görə, Azərbaycan dilində generativ süni intellekt ölkə iqtisadiyyatına əlavə 4,4 milyard dollar gəlir gətirəcək. Bundan əlavə, böyük həcmli məlumatları generasiya edə biləcək rəqəmsal proqramın istifadəyə verilməsi bu potensialı daha da böyüdərək əlavə dəyərin həcmini də artıra bilər. Bu baxımdan startapların müasir biznes modeli kimi ön plana çıxması ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasında da mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34

