Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ötən ay AZAL-ın punktuallıq göstəricisi 93 faiz olub

Ötən ay AZAL-ın punktuallıq göstəricisi 93 faiz olub

03.04.2025 [12:28]

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu ilin birinci rübündə 89 faiz uçuşların vaxtında yerinə yetirilməsi göstəricisi ilə 48 istiqamət üzrə 3 min 718 reys yerinə yetirilib.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin birinci rübü ilə müqayisədə punktuallıq göstəricisi üzrə 1 faiz, reyslərin sayı üzrə isə 4 faiz artım müşahidə olunub. Qeyd edək ki, 2025-ci ilin mart ayında punktuallıq göstəricisi 93 faizə çatıb.

Sözügedən dövr ərzində 865 min sərnişin daşınıb. Ötən ilin birinci rübündə bu göstərici 811 min nəfər olub ki, bu da sərnişin sayında 7 faiz artım deməkdir. Sərnişin axınında ən pik göstərici 12 yanvar tarixində qeydə alınıb (12 min 350 nəfər). Ötən ilin yanvarın 7-də qeydə alınan ən yüksək sərnişin axını isə 11 min 200 nəfər olub.

AZAL marşrut şəbəkəsini genişləndirmək, xidmət səviyyəsini təkmilləşdirmək, ən yüksək təhlükəsizlik və rahatlıq standartlarını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30