İlk 3 ayda...
09.04.2025 [10:35]
Büdcə gəlirlərinin artması bütün iqtisadi və sosial hədəfləri icra etməyə imkan verib
2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda iqtisadi artımın böyüməsi və fiskal orqanların gəlirəldəetmə imkanlarının yaxşılaşması dövlət büdcəsinin gəlirlərinin artmasında mühüm rol oynayıb. Belə ki, büdcə daxilolmalarında əsas fiskal orqan olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə ötən 3 ay ərzində 4 milyard 380,6 milyon manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 98,9 milyon və yaxud 2,3 faiz çoxdur. Xatırladaq ki, bu il Dövlət Vergi Xidmətinin büdcəyə 15,5 milyard manat vəsait köçürməsi proqnozlaşdırılıb ki, müvafiq qurum ilk rüb ərzində həmin məbləğin 28,3 faizini təmin edib. Büdcə daxilolmalarında Dövlət Gömrük Komitəsi üzrə proqnoz da artıqlaması ilə icra edilib. Komitə tərəfindən ilk rübdə büdcəyə 1 milyard 430,5 milyon manat vəsait köçürülüb.
Neft Fondu 3 ayda 3,6 milyard manat pul köçürüb
Büdcədə neft yığımları üzrə transferedici qurum - Dövlət Neft Fondundan köçürmələrin həcmi 3 milyard 620,3 milyon manat həcmində olub. Həmçinin, dövlət büdcəsinin gəlirlər üzrə öhdəliyini yerinə yetirən Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 10,4 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 136,7 milyon manat və sair daxilolmalar 154,9 milyon manat təşkil edib. Nəticədə, cari ilin 3 ayı ərzində dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat təşkil edib. Bu, rüblük proqnozdan 171,4 milyon manat və ya 1,8 faiz çoxdur.
Büdcənin gəlirlər hissəsi üzrə daxilolmalarda qeydə alınan artımlar büdcə xərclərinin tam şəkildə icrasının da təmin edilməsinə mühüm təsir göstərib. Belə ki, dövlət büdcəsinin xərcləri 8 milyard 280 milyon manat proqnoza qarşı 8 milyard 115 milyon manat təşkil edib və xəzinədarlıq orqanları tərəfindən 320 mindən çox ödəniş tapşırığı yerinə yetirilib. Nəticədə dövlət büdcəsinin xərc maddələrinin hər biri 100 faizə yaxın icra olunub.
Büdcədə əsas xərc prioritetləri
Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərclərinin məbləği isə 41 milyard 407,6 milyon manat nəzərdə tutulub. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. Qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla, xüsusi üstünlük təşkil edir. Dövlət büdcəsinin xərcləri nominal və funksional baxımdan ən böyük xərc toplusu hesab oluna bilər. Belə ki, xərclərin məbləği 2024-cü ilin təsdiq edilmiş ilk büdcəsinə nisbətən 4 milyard 605 milyon manat və yaxud 12,5 faiz, yenidən baxılmış büdcəyə nisbətən isə 1 milyard 625 milyon manat və yaxud 4,1 faiz çoxdur. Bu isə büdcənin yığım potensialı nəzərə alınmaqla böyük bir maliyyə təminatının yaradılması deməkdir. İlk rüb üzrə yığımlar isə həmin təminatın tam həcmdə və hətta artıqlması ilə yerinə yetiriləcəyinə dəlalət edir.
2025-ci ildə dövlət büdcəsinin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Həmin xərclərin məbləği 8 milyard 396,3 milyon manat olmaqla cəmi xərclərin 19 faizini təşkil edir. Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Bu xərc siyasətinə əsasən, azad ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub. Büdcədə keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Beşinci sosial islahat paketinin icrası
2025-ci ilin büdcə zərfi Azərbaycan dövlətinin sosial iradəsini əks etdirməklə sosialyönümlü prioritetlərə əsaslanır. Büdcədə sosial xərclərin məbləği 41 faiz təşkil edəcək ki, bu da vətəndaşların sosial rifahının və təminatının yaxşılaşdırılması üçün mühüm maliyyə bazası deməkdir. Bu, eyni zamanda, birbaşa sosial xərclərin maliyyə tutumunun 20 milyard manata yaxın olmaqla əhatəli sosial qərarların qəbul edilməsini gerçəkləşdirəcək. Təkcə, sosial müdafiə və sosial təminat xərcləri 4,8 milyard manat təşkil edir. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri 8 milyard manat olmaqla, növbəti ildə sosial xərcləri qarşılamaq üçün əhəmiyyyətli maliyyə mənbəyi formalaşdırır. Ümumilikdə, cari ilin büdcə gəlirlərində qeydə alınan artımlar beşinci sosial islahat paketinin icra olunması üçün güclü baza yaradır. Sosial paket çərçivəsində yanvar ayından minimum əmək haqqı və minimum pensiyalar, əmək pensiyaları, bir sıra dövlət orqanlarının əməkdaşlarının əməkhaqları artrılıb. Yaxın günlərdə isə təqaüd və digər müavinətlər də artırılacaq. Beləliklə, 2025-ci ilin büdcə potensialı sosial tədbirlərin əhatəsinin genişlənməsi üçün hüquqi əsaslar yaradır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

