Yeni sosial paket rifahı daha da yaxşılaşdıracaq
01.05.2025 [10:09]
Minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Sosial sahədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, 2018-2025-ci illərdə ölkəmizdə beş böyük sosial islahat paketi həyata keçirilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib. Nazir qeyd edib ki, islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib. Nəticədə həmin dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.
Son 5 ildə əməkhaqqı fondu 2,9 dəfə artıb
A.Əliyev qeyd edib ki, əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4 faiz artıb və bu artımın 90 faizi özəl sektorun payına düşüb. Qeyd olunan müddət ərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artıb. Şəhid ailələri və müharibə əlillərinin sosial müadifəsi və məşğulluğu ilə bağlı tədbirlər gücləndirilib, Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyadan olan 131 min şəxsə, ümumilikdə, 380 minə yaxın sosial xidmət göstərilib, şəhid ailələrinin və müharibə əlillərinin müavinət və təqaüdləri orta hesabla 2 dəfəyədək artırılıb. Son beş ildə onlara 6800 mənzil və müharibə əlillərinə isə 567 avtomobil verilib. 26,2 min nəfərin məşğulluğu təmin olunub, o cümlədən 12,4 min nəfər özünüməşğulluq proqramına, 1070 nəfər isə peşə hazırlığına cəlb edilib. 11 min nəfərə 77 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.
Ölkəmizin iqtisadi imkanlarının artması nəticəsində vətəndaşların sosialyönümlü rifahının yaxşılaşdırılması yönündə davamlı addımlar atılır, əlavə sosial rifah tədbirləri icra olunur. Bu siyasətin davamı kimi 2025-ci ildə minimum əməkhaqqı 14 faiz artırılıb, Vahid Tarif Cədvəli (VTC) üzrə orta əməkhaqqı sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində 800 min vətəndaşın sosial həyatına müsbət təsir edib. Həmçinin 1,2 milyondan artıq əmək pensiyaçısının təqaüdlərinin artırılması təmin edilib. Eyni zamanda, ünvanlı sosial yardımın və minimum pensiya məbləğləri də artırılıb. Bir sıra sahələrdə çalışan dövlət orqanı əməkdaşlarının maaşlarının artımı gerçəkləşib.
Digər sosial ödənişlər də artırılır
Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da nəzərdə tutulur. Belə ki, dövlət başçısının tapşırığına əsasən, Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təklifləri yekunlaşdırıb. Həmin təkilflər paketi əsasında bütün sahələr üzrə müavinət və təqaüdlərin artımı təmin olunacaq. Ümumilikdə, cari ildə reallaşdırılan 5-ci sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub və həmin artımlar 3 milyon vətəndaşı əhatə edəcək.
Sosial paketin icrası üçün tələb olunan maliyyə vəsaitləri də tam dayanıqlıdır və ilin sonuna qədər yığım mənbələrində gözlənilən artımlar bütün sosial xərcləri tamhəcmdə icra etməyə imkan verəcək. Cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,7 milyard manatı ötüb ki, bu da proqnozdan 171,3 milyon manat (1,8 faiz) çoxdur. İlk 3 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox gəlirlərin yığımı icra edilib. Bu, cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizi deməkdir. Büdcə gəlirlərinində qeydə alınan artımlar xərclərin tam şəkildə icrasını tam təmin edir. Belə ki, ilk 3 ayda təkcə sosialyönlü xərclərə (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) 3 milyard 755 milyon manat məbləğində vəsait sərf edilib. İcmal büdcədə isə 1,7 milyard manata yaxın profisit yaranıb. Bu o deməkdir ki, cari ilin fiskal yığımları büdcədəki bütün xərc istiqamətlərinin, ələxsus da sosial paket üzrə əlavə xərclərin tam həcmdə və hətta artıqlması ilə yerinə yetiriləcəyinə təminat yaradır.
Beləliklə, 2025-ci ildə dövlətin maliyyə imkanlarının artması sayəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması mümkün olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

