Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bu ilin 5 ayında ölkədə çıxarış verilən əmlakların 25 faizi paytaxtın payına düşüb

Bu ilin 5 ayında ölkədə çıxarış verilən əmlakların 25 faizi paytaxtın payına düşüb

23.06.2025 [19:10]

Cari ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 148 min 678 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 24 min 947-si (16,8 faiz) ilkin, 123 min 731-i (83,2 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin ilk beş ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 26 min 19, mənzil – 35 min 630, torpaq sahəsi – 81 min 642, qeyri-yaşayış binası – 1237, qeyri-yaşayış sahəsi – 3794, əmlak kompleksi – 285, çoxmərtəbəli yaşayış binası – 68 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 38 min 859-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-may ayları ərzində 105 min 328 texniki pasport tərtib edilib, 24 min 599 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Paylaş:
Baxılıb: 404 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31