Qiymətlər artacaq, yoxsa?
16.08.2025 [15:31]
Birinci yarımillikdə inflyasiya birrəqəmli həddə saxlanılıb
2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz artıb. İnflyasiya portfelinin strukturunda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə artım indeksi 6,2 faiz, qeyri-qida məhsulları üzrə 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz təşkil edib. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, inlyasiya əvvəlki aya nisbətən ucuzlaşıb, ilk altı ayda isə əvvəlki ilin yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz yüksəlib. Ümumilikdə, birinci yarımillikdə qiymət indeksi 5 faiz civarında dövr edib.
2025-ci ilin birinci yarımilliyində inflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişib. Mərkəzi Bank (MB) tərəfindən həyata keçirilən real sektorun monitorinqinin nəticələrinə əsasən, bir sıra sahələr üzrə gözləntilərdə azalma qeydə alınıb. Sənaye və xidmət sektorları üzrə son 3 aylıq dövrdəki qiymət gözləntiləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın azalıb. Tikinti sektorunda cüzi azalma qeydə alınıb. Ticarət sektoru üzrə göstəricilər isə azalmaqla bərabər mənfi zonada qalmağa davam edib.
Qlobal inflyasiya sabit qalıb
2025-ci ilin ötən yarım ilində inflyasiya bütün region dövlətlərində, qlobal miqyasda yüksəlib. Dünyada inflyasiya prosesləri sabit qalsa da, bir sıra regionlarda artım meyilləri nəzərə çarpıb. BVF-nin iyul ayında dərc etdiyi “Qlobal İqtisadi İcmal” hesabatına əsasən qlobal iqtisadi artım tempinin 2025-ci ildə 3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da 2000-2019-cu illər üzrə tarixi orta göstərici olan 3,7 faizdən aşağıdır. Ümumi mənzərə ölkələr üzrə inflyasiya gözləntilərini də fərqli istiqamətə səmtləndirir. Belə ki, ABŞ-d təklif şoku kimi çıxış edən tariflərin tədricən istehlak qiymətlərinə ötürülməsi və cari ilin ikinci yarısından inflyasiya təzyiqləri yaratması gözlənilir. Bəzi digər ölkələrdə isə tariflər inflyasiya təzyiqlərini aşağı salan mənfi tələb şoku kimi çıxış edir. Avrozona bölgəsində isə qismən valyutanın bahalaşması və birdəfəlik fiskal tədbirlər hesabına inflyasiya dinamikasının cüzi səngiyəcəyi gözlənilir. Ümumilikdə, 2025-ci ildə inkişaf etmiş ölkələrdə (İEÖ) inflyasiya proqnozu aşağı düşməyəcək, ən nikbin halda sabit qalacaq. İnkişaf etməkdə olan ölkələrdə (İEOÖ) isə orta dəhliz 2,5 - 5,4 faiz səviyyəsində fərz edilir.
Ticarət müharibələri qiymətləri artıra bilər
MB hesab edir ki, ticarət müharibələrinin miqyasının böyüməsi və geosiyasi gərginliyin davam etməsi beynəlxalq əmtəə bazarlarında qiymətlərin dəyişkənliyini daha da artırır. Qarşılıqlı tarif artımları qlobal ticarəti zəiflətməklə yanaşı, maliyyə bazarlarında da qeyri-sabitlik riskini yüksəldir.
Ehtimallara görə, ABŞ-ın sərt tarif siyasəti Avrozona, Çin, Rusiya, Türkiyə və digər bölgələrdə inflyasiya risklərini artıtra bilər. Çünki tarif siyasətində formalaşacaq yeni tarazlıq dərəcələrinin daha yüksək olması və proteksionist tədbirlərin yenidən artdığı bir vəziyyətin əlavə qiymət dalğalanmaları yaradacağı ehtimalı var. Eləcə də Yaxın Şərqdə və ya Ukraynada geosiyasi gərginliyin artması, qlobal iqtisadiyyatda yeni mənfi tələb şokların yaratması istisna deyil. Daşıma yolları və təchizat zəncirinin pozulması ilə ümumi təchizat infrastrukturu zədələnərsə, əmtəə qiymətləri yenidən yüksələ bilər.
İkinci yarımillikdə istehlak qiymətləri xarici və daxili amillərdən asılı olacaq
Azərbaycan Mərkəzi Bankının yeni açıqladığı proqnozlara əsasən, cari ildə inflyasiya proqnozu 2025-ci və 2026-cı illərdə hədəf diapazonu daxilində (4±2%) qalacaq. MB-nin iyul proqnozuna görə, inflyasiya 2025-ci ildə 5,7 faiz təşkil edəcək. 2025-ci ilin illik inflyasiya proqnozuna dövlət istehlakı 0,5 faiz-bənd, ev təsərrüfatlarının istehlakı 1,26 faiz-bənd, kənd təsərrüfatı istehsalçıları qiymətləri üzrə 3,17 faiz-bənd, ticarət tərəfdaşlarında inflyasiya 2,78 faiz-bənd artırıcı təsir göstərəcək.
İstehlak qiymətləri indeksi üzrə proqnozların reallaşması bir sıra xarici və daxili amillərin dəyişimindən asılı olacaq. Belə ki, qlobal iqtisadiyyatda geosiyasi gərginliyin yüksək qalması, qlobal fraqmentasiya şəraitində mühüm ticarət marşrutlarında yaranan maneələr və qeyri-müəyyənliyin davam etməsi əmtəə qiymətlərinin yüksəlməsinə və qlobal inflyasiya proseslərinin sürətlənməsi fonunda idxal inflyasiyası vasitəsilə ölkədaxili inflyasiyaya artırıcı təsir göstərməsinə səbəb ola bilər. Eyni zamanda, qlobal iqlim dəyişikliklərinin məhsuldarlığa və qlobal ərzaq istehsalına təsiri gözləniləndir. Daxili faktorlardan inflyasiyanı artıra biləcək başlıca risk isə yerli xərc amillərinin və məcmu tələbin izafi artımı ilə əlaqədardır.
Monetar və fiskal siyasət koordinasiya olunacaq
MB bəyan edir ki, potensial riskləri nəzərə alaraq ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılmalıdır. Bütün bu amilləri ümumi təsnifləşdirdikdə, 2025-ci ildə daxili və xarici bazarlarda baş verəcək dəyişikliklərdən asılı olaraq istehlak qiymətləri dəhlizinin formalaşacağı istisna deyil. Bu baxımdan inflyasiyanın azalacağına arxayın olub prosesi nəzarətsiz buraxmaq qeyri-mümkündür. MB öz mandatına uyğun olaraq zəruri nəzarət alətlərini davam etdirəcək. Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamı 2025-ci ildə də əsas yol xəritəsi kimi diqqətdə saxlanılacaq. Həmin sənədə əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması və bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi tədbirləri növbəti il üçün də aktualdır. Nəzərə alsaq ki, gələn il büdcə xərclərinin irihəcmli artımları da nəzərdə tutulub və bu, inflyasiya təzyiqlərini yüksəldə bilər. Ona görə də hökumət bu riskləri də nəzərə alaraq xərclərdə maksimum ehtiyatlı davranaraq izafi xərclər və pul kütləsi yaranmasının qarşısını almağa çalışacaq. Ələxsus da monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də əsas çağırış kimi iqtisadi blokun masasında qalacaq.
Birrəqəmli inflyasiya hansı sosial-iqtisadi gözləntilər vəd edir?
Sözsüz ki, qiymət indeksinin gözlənilən həddə saxlanılması ilk növbədə, ölkədə biznesin iqtisadi və maliyyə imkanlarının sabitliyi və gəlirlərin dayanıqlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də, neft sektorunun ümumi iqtisadi artımda payınını azaldığı, qeyri-neft drayverlərinin hərəkətliliyinin yüksəldiyi indiki iqtisadi mərhələdə nəzarətdə saxlanılan inflyasiyanın iqtisadi fəallığın artmasında mühüm rolu vardır.
İkinci mühüm faktor sabit qiymətlərin sosial siyasətin dayanıqlılığına təsiridir. Son illər hökumət qlobal inflyasiya təzyiqlərinin, idxal inflyasiyasının daxili bazara təsirlərini, xüsusilə də əhalinin sosial vəziyyətinə mənfi fəsadlarını nəzərə alaraq sosial paketlər icra etdi. Son 5 ildə 4 sosial paketin qəbul olunmasında əsas hədəflərdən biri də məhz əhalinin sosial rifahının inflyasiya təzyiqlərindən qorunması idi. Beləliklə, növbəti ildə inflyasiya ocaqlarının söndürülməsi nəticəsində sosial sahədə müsbət meyillərin təmin ediləcəyi şəksizdir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31

