Sənayenin inkişafında statistikanın rolu
14.10.2025 [10:14]
Statistika - məlumatların toplanması, təhlil olunması, şərh edilməsi və nəticələrin təqdim olunması ilə məşğul olan elm sahəsidir. O, müasir cəmiyyətin inkişafında və qərarların qəbul edilməsində əsas vasitələrdən biridir.
Statistikanın tətbiq sahəsi çox genişdir. Əhalinin sosial vəziyyətindən tutmuş səhiyyə, təhsil, kənd təsərrüfatı, nəqliyyat və sənayenin müxtəlif sahələrinə qədər geniş bir sahəni əhatə edir. Xüsusilə sənayeləşmənin sürətlə getdiyi bir dövrdə statistik məlumatlar olmadan düzgün planlaşdırma, resursların effektiv bölüşdürülməsi və texnoloji yeniliklərin tətbiqi mümkün deyil. Buna görə də cəmiyyətin sosial-iqtisadi proseslərinin obyektiv şəkildə qiymətləndirilməsi, dövlət siyasətinin elmi əsaslarla formalaşdırılması və beynəlxalq müqayisə imkanlarının genişləndirilməsi baxımından rəsmi statistikanın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır.
Rəsmi statistika - inzibati məlumatlar da daxil olmaqla, rəsmi statistika məlumatlarının istehsalı sahəsində fəaliyyətdir. Rəsmi statistikanın məqsədi isə statistik məlumatların rolunun artırılmasına, hüquqi və fiziki şəxslərin hüquqlarına hörmət edilməklə və ilkin məlumatlar məxfi saxlanılmaqla onların mənafeyinə xidmət etməkdən ibarətdir.
Azərbaycanda rəsmi statistika siyasətinin aparılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilir. Bu qurum ölkədə statistik məlumatların toplanması, işlənməsi, yayılması və statistik metodologiyanın formalaşdırılması sahəsində əsas məsuliyyət daşıyan dövlət orqanıdır.
Statistikanın əhəmiyyətini vurğulamaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2010-cu ildən etibarən hər 5 ildən bir 20 oktyabr tarixini “Ümumdünya Statistika Günü” kimi qeyd edir. Bu gün statistikanın cəmiyyətin inkişafında oynadığı rolu tanımaq və bu sahədə çalışan mütəxəssislərin əməyini qiymətləndirmək üçün bir fürsətdir.
BMT-nin 64/267 nömrəli qətnaməsinə əsasən təsis olunan bu günün məqsədi - etibarlı və keyfiyyətli statistik məlumatların hazırlanmasında milli statistika qurumlarının rolunu tanıtmaq və ictimaiyyətin bu sahəyə olan diqqətini artırmaqdır.
Ümumdünya Statistika Günü ölkəmizdə də bu sahənin inkişafına verilən önəmi göstərmək və ictimaiyyətin məlumatlılığını artırmaq üçün mühüm bir gündür.
Bu baxımdan 24-26 sentyabr 2025-ci il tarixlərində III Statistika Forumunun Bakıda keçirilməsi tamamilə əsaslıdır. Forum, statistika sahəsində çalışan mütəxəssislərin və tədqiqatçıların bir araya gələrək bilik və təcrübə mübadiləsi aparmaları üçün ideal mühitdir. Məhz bu günün əhəmiyyəti, statistik məlumatların dövlət idarəçiliyində, iqtisadi planlamada və sosial siyasətlərin formalaşdırılmasında oynadığı həlledici rolu bir daha gündəmə gətirir.
Forumun əsas mövzusu - “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” - bu sahənin gələcək istiqamətlərini müəyyənləşdirməyə yönəldilmişdir. Forumda Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən 16 ölkədən nümayəndə heyəti və 10 beynəlxalq təşkilatın təmsilçisi iştirak etmişdir. Bu, tədbirin yalnız regional deyil, qlobal miqyasda da əhəmiyyət daşıdığını göstərir. İştirakçılar arasında statistik idarələrin rəhbərləri, akademiklər və ekspertlər yer almışdır.
III Beynəlxalq Statistika Forumunun Bakıda keçirilməsi yalnız statistik sahənin inkişafı baxımından deyil, həm də ölkəmizin beynəlxalq nüfuzunun artması kontekstində mühüm hadisədir. Bu əhəmiyyətli tədbirə dövlət səviyyəsində göstərilən diqqət, statistik məlumatların idarə olunmasına və elmi əsaslı qərarverməyə verilən önəmin bariz nümunəsidir.
Məhz bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciət ölkə rəhbərliyinin statistik sahəyə strateji yanaşmasını və bu sahənin inkişafına verdiyi dəstəyi bir daha ortaya qoyur. Cənab Prezident İlham Əliyevin müraciətində səsləndirdiyi fikirlər forumun konseptual məzmununu və onun qlobal miqyasda önəmini daha dərindən izah edir.
Müasir iqtisadi sistemin əsas sütunlarından biri olan sənaye sahəsinin ardıcıl və məqsədli inkişafı ölkələrin sosial-iqtisadi yüksəlişində həlledici rol oynayır. Bu inkişafın düzgün istiqamətdə yönləndirilməsi və səmərəli idarə olunması üçün statistik məlumatlar mühüm əhəmiyyət kəsb edir. Statistika sənaye sektorunda baş verən prosesləri və dəyişiklikləri obyektiv şəkildə əks etdirərək, planlaşdırma işlərini daha effektiv edir və dövlətin iqtisadi strategiyalarının hazırlanmasında etibarlı informasiya mənbəyi kimi çıxış edir.
Statistik məlumatlar sənaye müəssisələrinə istehsal proseslərini daha səmərəli şəkildə təşkil etməyə imkan verir. Belə ki, məhsulun hansı dövrlərdə daha çox tələb olunduğunu analiz etməklə müəssisə istehsal gücünü həmin dövrlərə yönəldə bilər. Bu, həm ehtiyatların düzgün bölüşdürülməsinə, həm də xərclərin azaldılmasına səbəb olur.
Yeni texnologiyaların və məhsulların hazırlanmasında statistik göstəricilər mühüm rol oynayır. Məlumatların təhlili nəticəsində müəssisələr bazar ehtiyaclarını daha dəqiq müəyyən edir və funksional həllər təklif edə bilir.
Azərbaycan Respublikasında sənaye sahəsinin inkişafı dövlətin sosial-iqtisadi strategiyasının əsas prioritetlərindən biridir. Xüsusilə qeyri neft-qaz sektorunun gücləndirilməsi, regionların sənayeləşdirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılır. Bu proseslərin effektiv idarə olunması və davamlı inkişafının təmin edilməsi üçün statistik məlumatların rolu əvəzsizdir.
Dövlət Statistika Komitəsi sənaye sahəsində mütəmadi olaraq istehsal həcmi, investisiya axınları, əmək bazarı göstəriciləri üzrə statistik məlumatlar təqdim edir. Bu məlumatlar həm dövlət qurumları, həm də özəl sektor üçün strateji qərarların qəbulunda əsas rol oynayır.
Statistikanın sənaye sahəsində rolu təkcə rəqəmlərlə ölçülmür. O, iqtisadi inkişafın yol xəritəsini cızan, qərarların elmi əsasını təmin edən və gələcəyə yön verən strateji alətdir. Azərbaycanda bu alətin gücündən daha səmərəli istifadə olunması ölkənin sənaye potensialının tam reallaşdırılmasına zəmin yaradır.
Dövlət proqramları, iqtisadi strategiyalar və investisiya təşviqi tədbirləri statistik məlumatlar əsasında hazırlanır. Bu isə sənayenin dayanıqlı inkişafını təmin edən əsas faktorlardan biridir. Statistikaya əsaslanan idarəetmə mexanizmi sayəsində sənaye sektorunda mövcud olan problemlər daha effektiv həll olunur və gələcək inkişaf perspektivləri daha aydın görünür.
Statistik təhlillər müəssisələrə istehsal həcmini, resurs bölüşdürməsini və investisiya istiqamətlərini daha düzgün müəyyən etməyə imkan verir. Rəsmi statistik məlumatlar potensial riskləri öncədən müəyyən etməyə və onların təsirini azaltmağa imkan verir. Yeni məhsulların və texnologiyaların sınaqdan keçirilməsi statistik eksperimentlər və analizlər əsasında aparılır.
Sənayenin inkişafında statistikanın əhəmiyyətli olması statistikanın özünün də inkişafına birbaşa təsir göstərir. Müxtəlif istehsal proseslərinin təhlili üçün daha çevik və praktik statistik metodlar yaradılır. Bu, tətbiqi statistikanın sahəvi dərinliyini artırır. Sənaye müəssisələrinin fəaliyyətindən toplanan böyük həcmli məlumatlar statistik təhlillərin miqyasını genişləndirir və “Big Data” anlayışının inkişafına təkan verir.
Sənayenin inkişafında statistikanın rolu yalnız məhsuldarlığın artması ilə məhdudlaşmır. Həm də daha ağıllı, dayanıqlı, keyfiyyətli, təhlükəsiz və rəqabətədavamlı sənaye sistemlərinin formalaşmasına zəmin yaradır. Bu tərəfdaşlıq gələcəyin sənayesini formalaşdıran əsas sütunlardan biri olacaq.
Bu qarşılıqlı münasibət - sənaye ilə statistika arasında bir ahənglik yaradır, biri digərini gücləndirir, inkişaf etdirir və daha dayanıqlı iqtisadi sistemin formalaşmasına xidmət edir.
Elnur Əzizov,
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
Sənaye və tikinti statistikası şöbəsinin məsləhətçisi
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

