Yeni şirkətlərin inkişafı üçün milli startup fəaliyyətinə böyük ehtiyac var
15.11.2014 [11:28]
Yeni şirkətlərin inkişafı üçün milli startup fəaliyyətinə böyük ehtiyac var. Noyabrın 14-də Yüksək Texnologiyalar Parkında “Startup Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılan “Startup günləri” də bu məqsədə xidmət edir.
AzərTAc xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, artıq ənənəyə çevrilmiş “Startup Azərbaycan” layihəsinin əsas məqsədi ölkənin informasiya-kommunikasiya texnologiyaları sektorunda investisiya mühitinin yaxşılaşdırılmasına kömək göstərmək, milli startup infrastrukturunu inkişaf etdirmək, yeni startupların yaradılmasına dəstək verməkdir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda internet-biznesin inkişaf perspektivlərindən danışaraq qeyd etdi ki, ölkəmizdə innovasiya müəssisələrinin inkişafı üçün əsas şərt olan sərmayə yatırımı mövcuddur. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və texnoparklar da daxil olmaqla müxtəlif fondlar yaradılıb. Yeni fəaliyyətə başlayan şirkətlər üçün vergi və gömrük güzəştləri nəzərdə tutulub. Bununla yanaşı, bizneslə məşğul olan gənc sahibkarlara innovasiya xarakterli layihələrin həyata keçirməsində imkanlar yaradılmalıdır. Yeni şirkətlərin inkişafı üçün milli startup fəaliyyətinə böyük ehtiyac var.
“Milli startuplara dövlətin və özəl sektorun dəstəyi” mövzusunda keçirilən konfransda ölkədə startup infrastrukturun formalaşması sahəsində mövcud vəziyyət, onun stimullaşdırılması və investisiya imkanları barədə məlumat verilib. Eyni zamanda, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının bu istiqamətdə göstərəcəyi dəstək ətrafında müzakirələr aparılıb.
Noyabrın 16-dək davam edəcək “Startup günləri” çərçivəsində gənc və yeni başlayan startupçular üçün beynəlxalq ekspertin iştirakı ilə təlimlər keçiriləcək.
Tədbirdə təqdim olunan startup layihələri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblərə qiymətli hədiyyələr, diplomlar və sertifikatlar veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

