Corctaun Universitetində Azərbaycanın enerji siyasəti barədə danışılıb
12.07.2016 [10:00]
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların nüfuzlu təhsil ocaqlarından olan Corctaun Universitetinin Makdona Biznes İnstitutunda professor-tələbə heyəti qarşısında çıxış edərək ölkəmizin enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinin təminində rolu barədə danışıb.
Əksəriyyətinin təhsil ilə yanaşı, işgüzar fəaliyyətlə də məşğul olduğu auditoriyada əsas məruzəçi qismində çıxış edən səfir dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanın enerji siyasətinin tarixindən və qlobal enerji bazarının inkişafına verdiyi töhfələrdən danışıb. O vurğulayıb ki, Azərbaycanın iqtisadi siyasətinin öncül istiqamətlərindən olan və müəllifi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev olan neft strategiyasının həyata keçirilməsinə 1994-cü ildə dünyanın aparıcı enerji şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanıb. Səfir bu tarixi hadisə ilə Azərbaycanın ilk dəfə olaraq, Xəzər dənizini və onun enerji ehtiyatlarını dünyanın üzünə açdığını qeyd edib. Daha sonra neft və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Xəzər hövzəsi ölkələrini Aralıq dənizi ilə bağlayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin tikintisinin həyata keçirildiyini bildirən diplomat bu layihələrin, həmçinin regionun iqtisadi inkişafına təkan verdiyini diqqətə çatdırıb.
E.Süleymanov Xəzərin zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına açmış “Əsrin müqaviləsi”ndən 20 il sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına təsir etdiyini, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verdiyini vurğulayıb. Bildirib ki, bunun nəticəsi olaraq, Azərbaycan Cənub və Cənub-Şərqi Avropanın yeni enerji coğrafiyasının formalaşmasının müəllifinə çevrilib, Xəzər dənizi ilə Adriatik dənizi arasında fiziki bağlantı yaradılıb. Dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəməri zənciri olan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazını Avropa bazarına nəql etməklə yanaşı, regionun enerji infrastrukturunun təkmilləşdirilməsinə və sosial-iqtisadi inkişafına dəstək verəcək. O, ABŞ tərəfindən adıçəkilən layihələrə göstərilən dəstəyin yüksək qiymətləndirildiyini və bu tendensiyanın gələcəkdə də davam etdirilməsinə ümidvar olduğunu bildirib.
Eyni zamanda, səfir dünyada gedən proseslər, o cümlədən neft və digər xammal məhsullarının qiymətinin kəskin azalması fonunda Azərbaycanda iqtisadi irəliləyişin təmin olunması istiqamətində hökumət tərəfindən görülən tədbirlərdən, həmçinin biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlardan söhbət açıb. Bildirib ki, biznes fəaliyyəti üçün lisenziyalar verən qurumların və lisenziyaların sayı azaldılıb, gömrük və vergi proseduraları sadələşdirilib, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamalar məhdudlaşdırılıb, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti genişləndirilib. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunda ixracın stimullaşdırılması və idxaldan asılılığın azaldılmasının prioritet olduğu və bu istiqamətdə, xüsusən kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm, nəqliyyat və logistika xidmətləri və digər sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar olduğu qeyd edilib.
Səfir, həmçinin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizlərinin qovuşuğunda yerləşən Azərbaycanın regionun digər ölkələrinin bazarlarına çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu söyləyib və regionun ticarət-tranzit potensialının artırılması ilə bağlı həyata keçirilən layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt qəsəbəsində inşa edilən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında danışıb. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlardan birinin məhz tarixi İpək Yolunun canlandırılması olduğunu deyən səfir bu layihələrin reallaşdırılması ilə Asiyadan Avropaya və əksinə yük daşımaların dəniz yolu ilə müqayisədə daha qısa və sərfəli olacağını vurğulayıb.
E.Süleymanov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun inteqrasiyasına ciddi maneə olduğunu bildirib. Bu xüsusda qeyd edib ki, Cənubi Qafqaz regionunda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı digər region dövlətləri üçün bariz nümunə olmalıdır.
Səfir çıxışında ölkəmizin tolerant cəmiyyətə malik olduğunu qeyd edib, müsəlman Şərqində ilk demokratik dövlətçilik ənənəsinin Azərbaycanda yarandığını xatırladıb.
Sonra diplomat iştirakçıların suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31

