Azərbaycan Beynəlxalq Bankı daha bir ilkə imza atdı
07.12.2016 [09:41]
Azərbaycan Beynəlxalq Bankı dekabrın 6-dan etibarən ölkəmizdə ilk dəfə olaraq “Təhlükəsiz kart” proqramının tətbiqinə başlayıb. Sözügedən proqram müştəriləri kart hesablarındakı vəsaitlərin təhlükəsizliyi qayğısından tam azad edir. Bu fikri Azərbaycan Beynəlxalq Bankının Elektron ödənişlər şöbəsinin müdiri Eltəkin Rəhimov ötən gün keçirilən mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, layihə “VİSA İnternational” şirkəti ilə müştərək şəkildə, şirkətin qlobal “Sıfır məsuliyyət” (Zero liabilitu) siyasəti çərçivəsində həyata keçirilir. Bu proqramdan faydalanan müştəri özünün təsdiqləmədiyi ödəməyə görə heç bir məsuliyyət daşımır. Belə ki, bu proqramdan istifadə etməklə müştəri Bankın təmin etdiyi SMS-xəbərdarlıq, VİSA Verified, eləcə də Mobil Bankçılıq xidmətinə qoşulur. Və hesabı üzrə əməliyyatları mütəmadi olaraq nəzarətdə saxlayır. Hər hansı şübhəli əməliyyat barədə Bankı dərhal məlumatlandırır. Məlumatlar Bank tərəfindən təhlil edilir. Əgər ödəniş əməliyyatını müştərinin özü aparmadığı təsdiqini taparsa, bu zaman Bank müştəriyə dəymiş ziyanı ödəyir. Beləliklə, bu yenilik müştərilərə öz kartları vasitəsilə dünyanın istənilən yerində rahat alış-veriş etmək imkanı yaradır.
Eltəkin Rəhimov daha sonra qeyd edib ki, bu proqram kart sahiblərini hər hansı fırıldaqçılıq əməllərindən də qoruyacaq. Eyni zamanda, onlarda kart hesablarındakı vəsaitlərin təhlükəsizliyi barədə böyük əminlik yaradacaq.
“Hesab edirəm ki, təqdim etdiyimiz bu yenilik müştərilərin böyük marağına səbəb olacaq və Bankın VİSA ödəniş kartlarından istifadə edənlərin sayı daha da artacaqdır. Bu müştərək proqram Azərbaycanda nağdsız ödəniş ənənələrinin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir”, - deyə E.Rəhimov vurğulayıb.
Tədbirdə çıxış edən VİSA-nın Azərbaycan, Moldova və Belarus üzrə regional meneceri İqor Kovalyov bildirib ki, yeni sistemin tətbiqi kart fırıldaqçılığı hallarının kəskin şəkildə azalmasına səbəb olacaq. “Hazırda təhlükəsizlik və kart fırıldaqçılığı hallarının qarşısının alınması bankların ən mühüm vəzifələrindən biridir. Bu isə öz növbəsində daha innovativ və daha təhlükəsiz texnologiyaların tətbiqini zəruri edir. Azərbaycan Beynəlxalq Bankı ilə həyata keçirdiyimiz bu proqramla indi Azərbaycandakı müştərilərimiz öz ödəniş əməliyyatlarını tam əminliklə həyata keçirə biləcəklər”, - deyə İqor Kovalyov vurğulayıb.
Qeyd edək ki, yeni sistemin tətbiqindən sonra müştəri kartla hər hansı ödəmə apardıqdan sonra Bank tərəfindən onun mobil telefonuna SMS göndəriləcək. Bu zaman müştərinin hesabından hər hansı komisyon tutulmayacaq. Müştəri əməliyyatın, həqiqətən də, onun tərəfindən aparılmasını 20 dəqiqə ərzində təsdiqləməlidir. Bunun üçün mobil nömrəsinə göndərilən kodu Banka bildirməlidir. Əks təqdirdə Bank aparılan əməliyyat üçün heç bir məsuliyyət daşımayacaq.
Tədbirdə çıxış edən VİSA qrupun Şərqi Avropa və MDB ölkələri üzrə baş meneceri Mandu Lamp, Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə risklərin idarə edilməsi departamentinin rəhbəri Hector Rodriguez yeni sistemin Azərbaycanda bank sektorunun inkişafına öz müsbət təsirini göstərəcəyinə, digər bankların da tezliklə bu sistemə qoşulacağına əminliyini vurğulayıblar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

