/ / “B.EST Solutions” Brüsseldə keçirilən “FutureTrust” Konsorsiumunun baş assambleyasında təmsil olunub
“B.EST Solutions” Brüsseldə keçirilən “FutureTrust” Konsorsiumunun baş assambleyasında təmsil olunub
29.11.2017 [10:26]
“B.EST Solutions” Azərbaycan şirkəti Brüsseldə keçirilən “FutureTrust” Konsorsiumunun baş assambleyasında iştirak edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu layihə Avropa İttifaqı bazarında və onun hüdudlarında elektron tranzaksiyalar üçün (eIDAS) elektron identifikasiya (eID) və etibarlılıq xidmətləri məsələlərinin praktiki nizamlanmasını dəstəkləməyə istiqamətlənib. Layihə Avropa İttifaqının tədqiqatlar və innovasiyalar Çərçivə Proqramı (“Horizon 2020”) çərçivəsində maliyyələşdirilir və Boxum Rur Universiteti (Almaniya) tərəfindən əlaqələndirilir. “FutureTrust”ın məqsədi Avropa üçün etibarlılıq infrastrukturunun hərtərəfli, konfidensial, çevik, ümumi əlyetərli olan komponentlərinin işlənib hazırlanması, eləcə də layihə iştirakçılarına hərtərəfli dəstəyin göstərilməsi hesab edilir. Bu gün onların sırasına 10 ölkədən 16 tərəfdaş daxildir. Buraya Almaniya, Lüksemburq, Belçika, Avstriya, Böyük Britaniya, Portuqaliya, Serbiya, Gürcüstan, Türkiyə, Cənubi Afrika və Azərbaycan daxildir. Azərbaycan, bu ilin sentyabrında layihənin assosiativ üzvü olmuş “B.EST Solutions” şirkəti tərəfindən konsorsiumda təmsil olunub.
Baş assambleya çərçivəsində “FutureTrust” layihəsinin inkişafının əsas prinsipləri işlənilib. Buraya identifikasiyanın idarə edilməsi xidmətlərinin (“IdMS”), etibarlılıq xidməti və təhlükəsizliyin təmin edilməsi xidmətinin yaradılması, mobil imza və möhür xidmətlərinin standartlaşdırılması, eləcə də etibarlılığın qlobal siyahısının hazırlanması daxildir.
Bu prinsiplərə əsaslanaraq “FutureTrust” layihəsinə iştirakçı ölkələrdə pilot layihələrə start verilib. Bunların içərisində əsas məqsədi elektron tranzaksiyaların emalı, ödənilməsi və arxivləşdirilməsi olan Almaniyanın Federal Administrasiya İdarəsinin Federal Portalı, əsas məqsədi Avstriya şirkətləri və assosiasiyalarının elektron hökumətin “B2G” xidmətlərinə vahid əlyetərlilik nöqtəsinin təqdim edilməsi hesab olunan Avstriyanın Elektron Hökumətinin xidmətlər Portalı, apostillərin nəşriyyatçılarının və nəşr olunmuş apostillərin metaverilənlərinin reyestrinin aparılması üçün Gürcüstanın elektron apostillərinin yoxlanış sistemi, birbaşa debetləşdirilmə proseslərində kağız mandatın elektron mandata dəyişdirilməsi məqsədilə Portuqaliyanın avro ilə ödəmələrin Vahid zonasının elektron mandat xidməti - SEPA da var.
Konsorsiumun keçən görüşü Avropa İttifaqı ölkələri və Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələr arasında etibarlılıq infrastrukturunun yaradılması məsələlərinə həsr olunub. Tədbir çərçivəsində “FutureTrust” Konsorsiumunun Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyası, Avstriyanın Federal Hesablama Mərkəzi, Almaniyanın Federal Administrativ İdarəsi, Gürcüstan, Rur və Sautgempton Universitetlərinin Dövlət Xidmətinin inkişafı Agentliyi, Serbiya Respublikasının Daxili İşlər Nazirliyi, “PriceWaterhouseCoopers”, İsveçrədə Tətbiqi Elmlər Bern Universiteti, “Giesecke+” “Devrient Mobile Security”, Türkiyənin elmi-texniki tədqiqatlar Birliyi və digər ölkələr kimi üzvlərinin nümayəndələrinin məruzələri dinlənilib. Pilot layihəyə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının daxil edilməsi imkanı “FutureTrust” Konsorsiumunun üzvlərinin xüsusilə marağına səbəb olub.
Qeyd edək ki, “B.EST Solutions” şirkətinin “FutureTrust” Konsorsiumuna üzvlüyü Azərbaycan innovasiyaları və “Asan İmza” mobil elektron imza texnologiyaları haqqında beynəlxalq ictimaiyyətin informativliyini yüksəldəcək, eyni zamanda, Azərbaycanın nəinki Avropa İttifaqı ilə həmçinin qlobal şəkildə transsərhəd elektron xidmətlərin işlənib hazırlanmasında iştirakını maksimum yüksəltməyə imkan verəcək.
Həmçinin Azərbaycan şirkətinin belə layihələrdə iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılmış “AZINNEX” (“Azerbaijan Consortium of Export Innovations”) Konsorsiumunun imkanları haqqında Avropa ictimaiyyətini tanış etmək vasitəsilə ölkənin İKT-sahəsinin eksport-investisiya potensialının xaricdə artmasına təsir göstərəcək.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

