/ / İƏT-in qərargahında “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirilib
İƏT-in qərargahında “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirilib
23.12.2017 [10:04]
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərindəki mənzil-qərargahında Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib.
“Ekspo 2025” Bakı Əməliyyat Katibliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İƏT yanında daimi nümayəndəliklər, təşkilatın katibliyinin yüksək vəzifəli rəsmiləri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı arasında inkişaf edən sıx münasibətlər barədə danışıb. Səfir çıxışında dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini xüsusi vurğulayıb və bununla bağlı keçirilən tədbirlər haqqında məlumat verib.
Əsas təqdimatla çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi, bu istiqamətdə görülmüş və həyata keçiriləcək işlər barədə məlumat verib. Nümayəndə heyətinin rəhbəri bildirib ki, Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyi 2017-ci ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Beynəlxalq Sərgilər Bürosuna müvafiq məktubun göndərilməsi ilə irəli sürülüb.
Elçin Əmirbəyov “Ekspo 2025” Ümumdünya Sərgisi ilə bağlı qısa müddət bundan əvvəl Azərbaycanın maliyyə naziri Samir Şərifovun sədrliyi ilə işçi qrupun, Bakıda və Parisdə əməliyyat katibliklərinin yaradıldığını diqqətə çatdırıb. O, Azərbaycanın “Ekspo 2025” üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun bəşəriyyət üçün aktual olduğunu və beynəlxalq inkişaf gündəliyi, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdığını vurğulayıb. Qeyd edib ki, “Ekspo 2025” sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərin müzakirəsi üçün universal platforma rolunu oynayacaq. “Ekspo 2025” sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi coğrafiya genişlənə bilər.
Diqqətə çatdırılıb ki, Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək niyyəti ölkəmizin milli inkişaf strategiyasından irəli gəlir. Ekspo Sərgisinə ev sahibliyi etməsi ilə Azərbaycan öz iqtisadiyyatının, təhsil, səhiyyə və iş sektoruna yatırılan sərmayələr nəticəsində insan kapitalının daha da gücləndirilməsinə nail olacaq. “Ekspo 2025” Ümumdünya Sərgisi son illər turistlərin böyük maraq göstərdiyi Azərbaycanda turizmin inkişafına da müsbət təsir göstərəcək.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi İƏT-ə üzv dövlətlərin nümayəndələrinə müraciət edərək onları ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb.
Səfər çərçivəsində Elçin Əmirbəyov İƏT-in baş katibinin müavini Hameed A.Opeloyeru ilə görüşüb, “Bakı Ekspo 2025” layihəsinə dair fikir mübadiləsi aparıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

